Son Xəbərlər
İyunun 19-da İsveçrədə İran və ABŞ arasında birbaşa danışıqların ilk raundu
2026/2027 mövsümünə hazırlığı davam etdirən “Qarabağ” iyunun 20-də yoldaşlıq
İran Prezidenti Məsud Pezeşkian ABŞ ilə memorandumu “tarixi sənəd” adlandırıb.
Azərbaycan Prezidenti İlham Əliyev iyunun 18-də Ərəb Koordinasiya Qrupuna
Mərkəzi Bankın məlumatına görə fiziki şəxslərin banklardakı əmanətlərinin
Bu gün dünya çempionatında qrup mərhələsinin ikinci turuna start veriləcək.
İsveçrənin Bürgenstok şəhərində iyunun 19-da ABŞ və İran arasında mövcud
Talent Staff & Business Solutions şirkətinin təsisçisi və direktoru,
Əziz zəvvarlar! "Zeynəb Əliyyun" MMC Travel sizi Ərbəin ziyarətinə
“Xəzər Universiteti Dünya Məktəbi” MMC-nin İnsan Resursları departamentinin

FIDE-dən Karlsenin turnirində iştirak edən şahmatçılara ULTİMATUM

05 fev 2025, 09:19
FIDE-dən Karlsenin turnirində iştirak edən şahmatçılara ULTİMATUM

Beynəlxalq Şahmat Federasiyası (FIDE) "Freestyle Chess Grand Slam Tour"da iştirak etməyi planlaşdıran idmançıların 4 fevral tarixinədək alternativ dünya çempionatlarında iştirakdan imtina sənədini imzalamalı olduqlarını bildirib.

Bu, şahmatçılara FIDE dünya çempionu adına namizəd olmaq hüququnu saxlamağa imkan verəcək.

Liderxeber.az bu barədə "Kommersant" qəzetinə istinadən məlumat verir.

Bildirilir ki, FIDE sözügedən turnirin dünya çempionatı kimi təqdim edilməsindən narazıdır. Tərəflər əməkdaşlıq barədə razılığa gələ bilməyiblər.

"Freestyle Chess Tour" təşkilatçıları FIDE-nin dünya çempionu titulu ilə bağlı mövcud avtoritetini tanımamağa, həmçinin açıq və şəffaf kvalifikasiya prosesi keçirmək əvəzinə, əsasən diqqətlə seçilmiş elit oyunçuların iştirak etdiyi özəl turnir olaraq qalmağa qərar veriblər", - deyə federasiyanın mətbuata açıqlamasında deyilir.

Qeyd edək ki, "Freestyle Chess Grand Slam Tour"un təşkilatçıları şahmatçı Maqnus Karlsen və alman investor Yan Henrik Büttnerdir.

"Freestyle Chess Tour" "Fişer" şahmatı formatında turnir seriyasıdır. Burada fiqurların düzülüşü oyundan əvvəl təsadüfi püşk atma ilə müəyyən edilir. Təşkilatçılar ən çox xal toplayan şahmatçını dünya çempionu elan edirlər.

Son illər ərzində Karlsenin FIDE ilə bir neçə münaqişəsi olub. 2022-ci ildə federasiya çempionluq matçının formatında radikal islahatlarla bağlı təkliflərini rədd etdikdən sonra Karlsen dünya çempionu titulundan imtina edib. O, 2024-cü ilin dekabrında geyim qaydaları ilə bağlı münaqişəyə görə rapid və blits çempionatını tərk edib. Şahmatçı o zaman "özünü FIDE ilə müharibə vəziyyətində" hiss etdiyini bəyan edib.