Son Xəbərlər
İyunun 19-da İsveçrədə İran və ABŞ arasında birbaşa danışıqların ilk raundu
2026/2027 mövsümünə hazırlığı davam etdirən “Qarabağ” iyunun 20-də yoldaşlıq
İran Prezidenti Məsud Pezeşkian ABŞ ilə memorandumu “tarixi sənəd” adlandırıb.
Azərbaycan Prezidenti İlham Əliyev iyunun 18-də Ərəb Koordinasiya Qrupuna
Mərkəzi Bankın məlumatına görə fiziki şəxslərin banklardakı əmanətlərinin
Bu gün dünya çempionatında qrup mərhələsinin ikinci turuna start veriləcək.
İsveçrənin Bürgenstok şəhərində iyunun 19-da ABŞ və İran arasında mövcud
Talent Staff & Business Solutions şirkətinin təsisçisi və direktoru,
Əziz zəvvarlar! "Zeynəb Əliyyun" MMC Travel sizi Ərbəin ziyarətinə
“Xəzər Universiteti Dünya Məktəbi” MMC-nin İnsan Resursları departamentinin

KİV: İran nüvənin zənginləşdirilməsini kosmos proqramı adı altında gizlədir

01 fev 2025, 11:11
KİV: İran nüvənin zənginləşdirilməsini kosmos proqramı adı altında gizlədir

İranın Müdafiə Nazirliyinin nüvənin inkişafına məsul olan gizli agentliyi ölkənin kosmik proqramında fəaliyyət göstərir.

Liderxeber.az-ın "Fox News" telekanalına istinadən verdiyi məlumata görə, bu barədə Parisdə yerləşən İran Milli Müqavimət Şurasının (“National Council of Resistance of Iran”, NCRI) hesabatında deyilir.

“Bir neçə ay ərzində toplanmış məlumatlar göstərir ki, İranın Müdafiə İnnovasiyaları və Tədqiqat Təşkilatı Şahrud və Semnan sahələrində nüvə başlıqlarının yaradılması üzrə işi gücləndirib”, - hesabatda deyilir. Məlumata görə, bu obyektlər əvvəllər sırf kosmik inkişaflarla əlaqəli hesab olunurdu.

Hesabatda Tehranın 2024-cü ilin sentyabrında “Çamran-1” tədqiqat peykinin buraxılması üçün istifadə etdiyi “Qaem-100” daşıyıcı raketindən də bəhs edilir. NCRI onun nüvə başlığı daşımağa qadir olduğuna inanır.

İkinci obyekt, Semnan kosmodromunda ağır peykləri orbitə çıxara bilən “Simurq” kimi maye yanacaqla işləyən raketlərin yaradılması üçün istifadə olunur. Bununla belə, təşkilat hesab edir ki, onlar nüvə yüklərini çatdırmaq üçün də uyğunlaşdırıla bilər.

Yanvarın ortalarında İran Prezidenti Məsud Pezeşkian “NBC News” telekanalına müsahibəsində deyib ki, Tehran nüvə silahı yaratmaq məqsədini güdmür.