Son Xəbərlər
İyunun 19-da İsveçrədə İran və ABŞ arasında birbaşa danışıqların ilk raundu
2026/2027 mövsümünə hazırlığı davam etdirən “Qarabağ” iyunun 20-də yoldaşlıq
İran Prezidenti Məsud Pezeşkian ABŞ ilə memorandumu “tarixi sənəd” adlandırıb.
Azərbaycan Prezidenti İlham Əliyev iyunun 18-də Ərəb Koordinasiya Qrupuna
Mərkəzi Bankın məlumatına görə fiziki şəxslərin banklardakı əmanətlərinin
Bu gün dünya çempionatında qrup mərhələsinin ikinci turuna start veriləcək.
İsveçrənin Bürgenstok şəhərində iyunun 19-da ABŞ və İran arasında mövcud
Talent Staff & Business Solutions şirkətinin təsisçisi və direktoru,
Əziz zəvvarlar! "Zeynəb Əliyyun" MMC Travel sizi Ərbəin ziyarətinə
“Xəzər Universiteti Dünya Məktəbi” MMC-nin İnsan Resursları departamentinin

ABŞ-də daha bir təyyarə qəzası - FOTO

01 fev 2025, 08:54
ABŞ-də daha bir təyyarə qəzası - FOTO

ABŞ-nin Filadelfiya ştatından Missuriyə uçan “Learjet 55” təyyarəsi yaşayış binalarının üzərinə düşüb.

Liderxeber.az bu barədə CBS telekanalına istinadən xəbər verir.

Bildirilib ki, Missuri ştatının Sprinqfild-Branson Milli Hava Limanına uçan kiçik təyyarə Şimal-Şərqi Filadelfiya Hava Limanından yola düşdükdən bir qədər sonra yerə çırpılıb.

Məlumata görə, qəza zamanı təyyarədə 6 nəfər olub. Onların iki həkim, iki pilot, bir xəstə və xəstənin ailə üzvü olduğu deyilir. Onların vəziyyəti ilə bağlı məlumat verilməyib.“Qəzadan sonra Kottman prospekti və Ruzvelt bulvarı ərazisində bir neçə ev yanıb”, - telekanal bildirib.

Xatırladaq ki, bir neçə gün öncə “American Airlines” aviaşirkətinə məxsus ABŞ sərnişin təyyarəsi və Quru Qoşunlarının “Black Hawk” helikopteri Ronald Reyqan adına Vaşinqton hava limanı yaxınlığında toqquşub. Təyyarənin göyərtəsində 60 sərnişin və 4 ekipaj üzvü olub. Helikopterdə ən azı üç hərbçi olub. Toqquşmadan sonra təyyarə və helikopter Potomak çayına düşüb. 

Amerika Prezidenti Donald Tramp qəza nəticəsində sağ qalanların olmadığını açıqlayıb.