Son Xəbərlər
Azərbaycan Prezidenti İlham Əliyev iyunun 18-də Ərəb Koordinasiya Qrupuna
Mərkəzi Bankın məlumatına görə fiziki şəxslərin banklardakı əmanətlərinin
Bu gün dünya çempionatında qrup mərhələsinin ikinci turuna start veriləcək.
İsveçrənin Bürgenstok şəhərində iyunun 19-da ABŞ və İran arasında mövcud
Talent Staff & Business Solutions şirkətinin təsisçisi və direktoru,
Əziz zəvvarlar! "Zeynəb Əliyyun" MMC Travel sizi Ərbəin ziyarətinə
“Xəzər Universiteti Dünya Məktəbi” MMC-nin İnsan Resursları departamentinin
Bakıda İslam İnkişaf Bankı Qrupunun 2026-cı il üzrə İllik Toplantılarının
Moskvaya son 2 ilin ən böyük dron hücumu olub. Liderxeber.az xəbər verir ki,
Bakı şəhəri, Nizami rayonunda yerləşən Neft Emalı Zavodunda yanğın baş verib.

ABŞ "Taliban" rəhbərlərinin tutulması üçün böyük mükafat elan edə bilər

27 yan 2025, 08:51
ABŞ "Taliban" rəhbərlərinin tutulması üçün böyük mükafat elan edə bilər

ABŞ "Taliban" hərəkatının ali rəhbərlərinin tutulması üçün vaxtilə "Əl-Qaidə" lideri Üsamə bin Ladenin başına qoyulan məbləğdən daha çox mükafat elan edə bilər.

Liderxeber.az-ın "İzvestiya"ya istinadla verdiyi məlumata görə, bu barədə ABŞ Dövlət Katibi Marko Rubio bəyan edib.

Onun sözlərinə görə, əllərində olan məlumata əsasən, "Taliban" əvvəl düşünüldüyündən daha çox ABŞ vətəndaşını girov saxlayır.

"Əgər bu doğrudursa, onların ali rəhbərləri üçün dərhal çox böyük mükafat təyin etməliyik ", - deyə dövlət katibi vurğulayıb.

Lakin hərəkat tərəfindən saxlanılan ABŞ vətəndaşlarının dəqiq sayı açıqlanmır. Daha əvvəl Əfqanıstan rəsmiləri iki amerikalı vətəndaşın ABŞ-də narkotik qaçaqmalçılığı və ekstremizmdə ittiham olunaraq məhkum edilmiş əfqanla mübadiləsi barədə məlumat vermişdilər.

Xatırladaq ki, Bin Ladenin tutulması və ya öldürülməsinə gətirib çıxaracaq məlumat üçün ABŞ 25 milyon dollar (42,5 milyon manat) vəd etmişdi.