Son Xəbərlər
“Azərbaycan Hava Yolları” (AZAL) 2026-cı ilin 1-16 iyun tarixlərində
Prezident İlham Əliyev səhiyyə işçilərinin təltif edilməsi haqqında Sərəncam
Türkiyə təmsilçisi “Fənərbaxça”nın UEFA Çempionlar Liqasının ikinci təsnifat
Azərbaycanın Çempionlar Liqasındakı təmsilçisi “Sabah”ın ikinci mərhələdəki
Bakı şəhəri, Xətai rayonu, Əhmədli qəsəbəsində açıq ərazidə yanğın baş verib.
Avropa Səyahət Komissiyasının (ETC) 2026-cı il üzrə proqnoz hesabatına əsasən,
"Bu gün klinik psixiatriyanın müalicə üsulları genişlənib".
Bu il sentyabrın 1-dən su obyektlərindən xüsusi məqsədlər üçün istifadə ilə
17-19 iyun tarixlərində istismar müddəti başa çatmış və istifadəyə yararsız
Qidalanma mütəxəssisləri orqanizmdə iltihabi prosesləri azaltmağa kömək edən

İran Trampın prezidentliyi öncəsi hərbi təlimlərin sayını ikiqat artırıb

07 yan 2025, 09:05
İran Trampın prezidentliyi öncəsi hərbi təlimlərin sayını ikiqat artırıb

İran hərbi qüvvələri 2025-ci ildə illik təlimlərin sayını təxminən iki dəfə artırıb.

Bu, İranın nüvə silahına sahib olmasına imkan verməyəcəyini vəd edən ABŞ prezidenti Donald Trampın hakimiyyətə gəlməsindən əvvəl baş verib.

Liderxeber.az xəbər verir ki, bu barədə “Financial Times” İslam İnqilabı Keşikçiləri Korpusunun (Sepah) nümayəndəsi general Əli Məhəmməd Nainiyə istinadən bildirib.

"Bu il təlimlərin sayı təhdidlərin dəyişən mənzərəsinə cavab olaraq keçən illə müqayisədə təxminən iki dəfə artıb", – general nəşrə deyib.

O, iki gün öncə ölkənin altı qərb və cənub əyalətində təxminən 30 quru, hava və dəniz təliminin başladığını açıqlayıb. Təlimlər martın ortalarına qədər davam edəcək.

Qəzet qeyd edib ki, bu təlimlər "yeni təhdidlərə" qarşı mübarizəyə yönəlib, lakin konkret detallar açıqlanmayıb.

Tramp ilk müddətində İrana qarşı sərt siyasət yürüdüb və indi bunu davam etdirə bilər. Tehran onun qələbəsindən sonra bəyan edib ki, "şər cəbhəsi öz şərliyində fərqlənmir". Tramp hətta ABŞ və İran arasında müharibənin başlaya biləcəyini istisna etməyib.