Son Xəbərlər
“Azərbaycan Hava Yolları” (AZAL) 2026-cı ilin 1-16 iyun tarixlərində
Prezident İlham Əliyev səhiyyə işçilərinin təltif edilməsi haqqında Sərəncam
Türkiyə təmsilçisi “Fənərbaxça”nın UEFA Çempionlar Liqasının ikinci təsnifat
Azərbaycanın Çempionlar Liqasındakı təmsilçisi “Sabah”ın ikinci mərhələdəki
Bakı şəhəri, Xətai rayonu, Əhmədli qəsəbəsində açıq ərazidə yanğın baş verib.
Avropa Səyahət Komissiyasının (ETC) 2026-cı il üzrə proqnoz hesabatına əsasən,
"Bu gün klinik psixiatriyanın müalicə üsulları genişlənib".
Bu il sentyabrın 1-dən su obyektlərindən xüsusi məqsədlər üçün istifadə ilə
17-19 iyun tarixlərində istismar müddəti başa çatmış və istifadəyə yararsız
Qidalanma mütəxəssisləri orqanizmdə iltihabi prosesləri azaltmağa kömək edən

Çin hökuməti vətəndaşlara telefon almaları üçün pul verəcək

06 yan 2025, 09:28
Çin hökuməti vətəndaşlara telefon almaları üçün pul verəcək

Çin hökuməti vətəndaşlara smartfon və elektronika alışına görə subsidiya verəcək.

Liderxeber.az xəbər verir ki, Çin daxili tələbatı artırmaq məqsədilə elektronika alışını stimullaşdırmaq üçün yeni subsidiya proqramına start verib. Proqram çərçivəsində vətəndaşlara köhnə cihazlarını yeni smartfonlar, planşetlər, ağıllı saatlar və digər elektronika ilə dəyişmək imkanı yaradılacaq.

Milli İnkişaf və İslahatlar Komissiyasının (NDRC) baş katib müavini Yuan Da bildirib ki, bu təşəbbüs dövlət istiqrazları hesabına maliyyələşdiriləcək. Eyni zamanda, subsidiyaların alınması proseduru sadələşdiriləcək və maliyyə vəsaitlərinin düzgün istifadəsi üzərində nəzarət gücləndiriləcək.

Qeyd edək ki, avqust ayının sonuna qədər Çin hökuməti artıq məişət texnikası və elektromobillərin alınmasına dəstək üçün 150 milyard yuan (20,55 milyard dollar) vəsait ayırıb. Bu tədbirlər, zəif daxili tələbat fonunda ölkənin iqtisadi dirçəlişini sürətləndirmək məqsədini daşıyır.