Son Xəbərlər
“Azərbaycan Hava Yolları” (AZAL) 2026-cı ilin 1-16 iyun tarixlərində
Prezident İlham Əliyev səhiyyə işçilərinin təltif edilməsi haqqında Sərəncam
Türkiyə təmsilçisi “Fənərbaxça”nın UEFA Çempionlar Liqasının ikinci təsnifat
Azərbaycanın Çempionlar Liqasındakı təmsilçisi “Sabah”ın ikinci mərhələdəki
Bakı şəhəri, Xətai rayonu, Əhmədli qəsəbəsində açıq ərazidə yanğın baş verib.
Avropa Səyahət Komissiyasının (ETC) 2026-cı il üzrə proqnoz hesabatına əsasən,
"Bu gün klinik psixiatriyanın müalicə üsulları genişlənib".
Bu il sentyabrın 1-dən su obyektlərindən xüsusi məqsədlər üçün istifadə ilə
17-19 iyun tarixlərində istismar müddəti başa çatmış və istifadəyə yararsız
Qidalanma mütəxəssisləri orqanizmdə iltihabi prosesləri azaltmağa kömək edən

AK sədri korrupsiyada ittiham olunur, məhkəmə onun toxunulmazlığını yoxlayacaq

06 yan 2025, 08:19
AK sədri korrupsiyada ittiham olunur, məhkəmə onun toxunulmazlığını yoxlayacaq

Belçikada Lyej məhkəməsi, Avropa Komissiyasının (AK) sədri Ursula fon der Lyayenin 35 milyard avrodan çox dəyərində COVID-19 peyvəndlərinin satın alınmasında aşkarlanan korrupsiya işində qanuni toxunulmazlığının olub-olmadığını aydınlaşdrımaq üçün dinləmə keçirəcək.

Liderxeber.az xəbər verir ki, bu barədə “TASS”a iddiaçı, belçikalı fəal Frederik Baldan məlumat verib.

“Yanvarın 6-da baş tutacaq məhkəmə iclası Avropa İttifaqı qurumlarında korrupsiya aktlarını araşdırmalı olan Aİ prokurorluğunun tələbi ilə keçiriləcək. Avropa Prokurorluğu iddia edir ki, klinik sınaqdan keçməmiş COVID-19 vaksinlərinin satın alınmasında aşkarlanan korrupsiya ittihamında Ursula fon der Lyayen təqib edilə bilməz. Çünki onun qanuni toxunulmazlığı mövcuddur və məhz bunun əsas gətirərək məhkəməyə müraciət ediblər”, - deyə o vurğulayıb.

Frederik Baldan bildirib ki, Ursula fon der Lyayenin belə toxunulmazlığı ola bilməz, çünki o, səlahiyyətlərinin hüdudlarından çox kənara çıxıb.

Öz növbəsində, Baldanın vəkili Dian Prota bildirib ki, məhkəmə Aİ prokurorluğunun Lyayenin bu işdə toxunulmazlığa malik olduğu mövqeyini bölüşsə belə, iddiaçılar toxunulmazlığın ləğvi edilməsini məhkəmə yolu ilə axtaracaqlar:

“Artıq belə presedentlər olub. Beləliklə, 1999-cu ildə Jak Santerlə birlikdə Avropa Komissiyasının rəsmiləri korrupsiya qalmaqalına görə vəzifələrindən gediblər”.

Vəkil həmçinin vurğulayıb ki, bu iddia geniş ictimai rezonansa səbəb olub, Ursula fon der Lyayenə qarşı ittihamlar artıq minə yaxın Aİ vətəndaşı, əsasən də yaxınlarını itirmiş və ya yoxlanılmamış dərmanlarla praktiki olaraq məcburi peyvənddən əziyyət çəkən insanlar tərəfindən dəstəklənir.

Ursula fon der Lyayen Aİ ölkələri ilə əvvəlcədən razılaşmamış 2020-ci ilin sonunda Amerikanın “Pfizer” şirkətinin baş direktoru Albert Bourla sınaqları hələ tamamlanmamış peyvəndin alınması üçün müqavilə bağlamaqda ittiham olunur.

Bu iddia üzrə ilk dinləmə 17 may 2024-cü ildə baş tutub. Lyej məhkəməsi bu işin onun yurisdiksiyasına aid olduğunu və açıq-aşkar maraqların toqquşması səbəbindən Ursula fon der Lyayenin özünün təşəbbüsü ilə yaradılmış Avropa Prokurorluğuna təhvil verilməməli olduğunu təsdiqləyib.

Dekabrın 6-da baş tutmalı olan ikinci dinləmə, Lyayenin toxunulmazlığı üçün məhkəməyə əks-tələb göndərən Aİ prokurorluğunun demarşı səbəbindən faktiki olaraq pozulub. Məhkəmə bu gün məhz vəsatətə baxmalıdır.