Son Xəbərlər
“Azərbaycan Hava Yolları” (AZAL) 2026-cı ilin 1-16 iyun tarixlərində
Prezident İlham Əliyev səhiyyə işçilərinin təltif edilməsi haqqında Sərəncam
Türkiyə təmsilçisi “Fənərbaxça”nın UEFA Çempionlar Liqasının ikinci təsnifat
Azərbaycanın Çempionlar Liqasındakı təmsilçisi “Sabah”ın ikinci mərhələdəki
Bakı şəhəri, Xətai rayonu, Əhmədli qəsəbəsində açıq ərazidə yanğın baş verib.
Avropa Səyahət Komissiyasının (ETC) 2026-cı il üzrə proqnoz hesabatına əsasən,
"Bu gün klinik psixiatriyanın müalicə üsulları genişlənib".
Bu il sentyabrın 1-dən su obyektlərindən xüsusi məqsədlər üçün istifadə ilə
17-19 iyun tarixlərində istismar müddəti başa çatmış və istifadəyə yararsız
Qidalanma mütəxəssisləri orqanizmdə iltihabi prosesləri azaltmağa kömək edən

Bəşər Əsəddən bəyanat: Terrorçuların ələ keçirdiyi ölkədə prezident kimi qalmaq mənasızdır

16 dek 2024, 17:07
Bəşər Əsəddən bəyanat: Terrorçuların ələ keçirdiyi ölkədə prezident kimi qalmaq mənasızdır

Suriyanın keçmiş prezidenti Bəşər Əsəd bəyan edib ki, dekabrın 8-i erkən səhər saatlarına qədər Dəməşqdə qalıb və ölkəni tərk etməyi planlaşdırmayıb.

Liderxeber.az xəbər verir ki, bu barədə Rusiya KİV-ləri onun mətbuat xidmətinin bəyanatına istinadən məlumat yayıb.

B.Əsəd iddia edir ki, silahlı müxalifətin hücum etdiyi günlərdə istefa vermək və sığınacaq istəmək niyyətində olmayıb. Silahlıların Dəməşqə girməsindən sonra o, döyüş əməliyyatlarını izləmək məqsədilə rus müttəfiqləri ilə əlaqələndirilmiş şəkildə Suriyanın Latakiya əyalətinə (Rusiyanın Hmeymim aviabazasının yerləşdiyi) getdiyini və axşam Rusiyaya uçduğunu bildirib.

Sabiq prezident bəyanatında paytaxtın yaraqlılar tərəfindən ələ keçirilməsi barədə Dəməşqdən çıxdıqdan sonra xəbər tutduğunu deyib. O, terrorçuların ələ keçirdiyi ölkədə prezident olaraq qalmağı mənasız hesab edib.