Son Xəbərlər
“Azərbaycan Hava Yolları” (AZAL) 2026-cı ilin 1-16 iyun tarixlərində
Prezident İlham Əliyev səhiyyə işçilərinin təltif edilməsi haqqında Sərəncam
Türkiyə təmsilçisi “Fənərbaxça”nın UEFA Çempionlar Liqasının ikinci təsnifat
Azərbaycanın Çempionlar Liqasındakı təmsilçisi “Sabah”ın ikinci mərhələdəki
Bakı şəhəri, Xətai rayonu, Əhmədli qəsəbəsində açıq ərazidə yanğın baş verib.
Avropa Səyahət Komissiyasının (ETC) 2026-cı il üzrə proqnoz hesabatına əsasən,
"Bu gün klinik psixiatriyanın müalicə üsulları genişlənib".
Bu il sentyabrın 1-dən su obyektlərindən xüsusi məqsədlər üçün istifadə ilə
17-19 iyun tarixlərində istismar müddəti başa çatmış və istifadəyə yararsız
Qidalanma mütəxəssisləri orqanizmdə iltihabi prosesləri azaltmağa kömək edən

Suriyada ehtiyacı olanları qidalandırmaq üçün altı ayda 250 milyon dollar lazımdır

16 dek 2024, 08:58
Suriyada ehtiyacı olanları qidalandırmaq üçün altı ayda 250 milyon dollar lazımdır

BMT-nin Ümumdünya Ərzaq Proqramının (ÜƏP) Suriyada 2,8 milyon insanı ərzaqla təmin etmək üçün növbəti altı ayda 250 milyon dollara ehtiyacı var.

Liderxeber.az-ın məlumatına görə, bunu ÜƏP-nin Yaxın Şərq, Şimali Afrika və Şərqi Avropa üzrə regional direktoru Korin Fleyşer deyib.

“Suriyalılar çətin an yaşayırlar. Bir çox müharibə və qaçqınların daxili yerdəyişməsindən sonra onlar sağ qalmaq üçün mübarizə aparırlar. Növbəti altı ayda 2,8 milyon insana ərzaq yardımı göstərmək üçün bizə 250 milyon dollar lazımdır”, - deyə o, “X” sosial şəbəkəsində yazıb.

Xatırladaq ki, noyabrın 27-də müxalif silahlı birləşmələrin hökumət qüvvələrinin mövqelərinə qarşı həyata keçirdiyi genişmiqyaslı hücum Suriya prezidenti Bəşər Əsədin devrilməsi və ölkədən Rusiyaya qaçması ilə nəticələnib.