Son Xəbərlər
İlham Heydər oğlu Əliyev. Dünyanı ayağa qaldıran, düşməni diz çökdürən əbədi
İçməli su bir neçə kateqoriyaya bölünür, xüsusiyyətlərinə və saxlama müddətinə
Meyvə yemək xeyirlidir. Lakin çoxları bilmir ki, axşam və ya yatmazdan əvvəl
İraq Şam İslam Dövləti (İŞİD) terror qruplaşmasının lideri dekabrın 19-da
Şuşa şəhərinə növbəti köç karvanı Bakıda yola salınıb. Liderxeber.az xəbər
Azərbaycan hərbçisi Ermənistanla şərti sərhəd istiqamətində minaya düşüb.
ABŞ-li milyarder və "X" sosial şəbəkəsinin sahibi İlon Mask siyasi
Çin Xalq Respublikasının Sədri Si Cinpin Azərbaycan Prezidenti İlham Əliyevi
Bakıda yerləşən Dreamland kompleksində “Marga” sağlamlıq mərkəzinin möhtəşəm
Prezident İlham Əliyev Məmməd Bahəddin oğlu Əhmədzadənin Azərbaycan
banner

Türkiyə parlamentində Heydər Əliyevin xatirəsi ehtiramla yad edilib

12 dek 2024, 17:26
Türkiyə parlamentində Heydər Əliyevin xatirəsi ehtiramla yad edilib

Türkiyə Böyük Millət Məclisində (TBMM) Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin xatirəsi ehtiramla yad edilib.

Liderxeber.az xəbər verir ki, Heydər Əliyevin vəfatının 21-ci ildönümü ilə əlaqədar keçirilən anım mərasimində Türkiyə-Azərbaycan Parlamentlərarası Dostluq Qrupunun sədri, deputat Şamil Ayrım çıxış edib.

O, Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin uzaqgörən, müdrik siyasətindən bəhs edib, Ulu Öndərin dövlət xadimi kimi xalqının, rifahı və inkişafı, o cümlədən Türk dünyasının birliyi üçün xidmətlərini sadalayıb.

Ş.Ayrım Heydər Əliyevin onillik hakimiyyəti dövründəki fəaliyyətlərindən danışaraq deyib ki, Ulu Öndər xalqının birliyini, ölkəsinin sosial, iqtisadi və mədəniyyət sahələrində inkişafını təmin etməklə yanaşı, beynəlxalq miqyasda tanınması və uğurlar qazanması üçün də çox böyük xidmətlər göstərib:

“Bu uğurlardan biri də müasir Azərbaycan Ordusudur. Heydər Əliyev öz fəaliyyəti dövründə Azərbaycan Silahlı Qüvvələrinin müasirləşdirilməsi və Qərb standartlarına uyğunlaşdırılması istiqamətində qeyri-adi səylər göstərdi. Qəlbində daşıdığı Qarabağ nisgilinə ondan vətəni əmanət alan İlham Əliyev və silahdaşları Ulu Öndərin təməlini atdığı bu ordunun əli ilə son qoydu. Oğul atanın “Şuşa vəsiyyəti”ni həyata keçirdi”.

Ş.Ayrım bildirib ki, Heydər Əliyev “Əsrin müqaviləsi”ni imzalamaqla ölkəsinin sərvətini milli sərvətə çevirməkdə və istismar olunmasının qarşısını almaqda əvəzsiz xidmətlər göstərib:

“Bakı-Tbilisi-Ceyhan neft kəməri xəyalları gerçəyə çevrildi. Qısa müddətdə Bakı-Tbilisi-Ceyhan kəməri Azərbaycan neftini Aralıq dənizinə gətirdi. Şahdəniz qazı qısa müddətdə Trans Anadolu Boru Kəməri (TANAP) vasitəsilə Türkiyəyə, Trans Adriatik Boru Kəməri (TAP) vasitəsilə isə Avropaya çatdırıldı”.

Deputat Heydər Əliyevin Türk dünyasındakı fəaliyyətlərindən, uzaqgörən siyasətindən danışıb, Türk Dövlətləri Təşkilatının formalaşmasında onun ideylaraının da rolu olduğunu vurğulayıb:

“Türkiyə-Azərbaycan münasibətlərinin bu gün ən yüksək səviyyəyə çatmasında onun atdığı köklü addımlar danılmazdır. Onun qoyduğu ənənə əsasında bu gün Türkiyə-Azərbaycan müttəfiqlik əlaqələri bütün Türk dünyasına nümunə kimi yayılır. Saymaqla bitməyən əsərlərin müəllifi, gördüyü işlərlə qəlblərimizi fəth edən Heydər Əliyevin mənəvi varlığı qarşısında baş əyirəm”.