Son Xəbərlər
Azərbaycanın Çempionlar Liqasındakı təmsilçisi “Sabah”ın ikinci mərhələdəki
Bakı şəhəri, Xətai rayonu, Əhmədli qəsəbəsində açıq ərazidə yanğın baş verib.
Avropa Səyahət Komissiyasının (ETC) 2026-cı il üzrə proqnoz hesabatına əsasən,
"Bu gün klinik psixiatriyanın müalicə üsulları genişlənib".
Bu il sentyabrın 1-dən su obyektlərindən xüsusi məqsədlər üçün istifadə ilə
17-19 iyun tarixlərində istismar müddəti başa çatmış və istifadəyə yararsız
Qidalanma mütəxəssisləri orqanizmdə iltihabi prosesləri azaltmağa kömək edən
"ABŞ və İran arasındakı ziddiyyətlərin aradan qaldırılmasına dair
“Əl-Ərəbiyyə” Vaşinqton və Tehran arasında imzalanması gözlənilən 14 bəndlik
“Narmiw.Niko” bloqunun sahibi Nərmin Əliyevanın qəzada vəfat edən bacısı

Qazaxıstan ixracı artırmaq üçün Xəzər qovşağının yaradılması ilə bağlı iş aparır

10 dek 2024, 11:37
Qazaxıstan ixracı artırmaq üçün Xəzər qovşağının yaradılması ilə bağlı iş aparır

Qazaxıstan, əhalisi 100 milyondan çox olan Xəzəryanı region ölkələri (Azərbaycan, Türkmənistan, İran, Rusiya) üçün nəzərdə tutulmuş Xəzər qovşağının yaradılması ilə bağlı iş aparır.

Liderxeber.az Qazaxıstan hökumətinin mətbuat xidmətinə istinadən xəbər verir ki, bu barədə ticarət və inteqrasiya naziri Arman Şakkaliyev bildirib.

"Xəzər Qovşağı əhalisi 100 milyondan çox olan Xəzəryanı region ölkələrinə yönəlib. Layihə konteynerlərin saxlanması və dəmir yolu vaqonlarından dəniz konteynerlərinə yüklənməsi üçün meydançanın tikintisini, həmçinin onların emalı üzrə keyfiyyətli xidmətin göstərilməsini nəzərdə tutur", - A.Şakkaliyev hökumətin iclasında bildirib.

O qeyd edib ki, bu cür obyektlərin tikintisi sərhədyanı ölkələrlə ticarət əlaqələrini sürətləndirəcək, qeyri-xammal ixracatını 30 % artıracaq, biznes üçün logistika prosedurlarını sadələşdirəcək.

Nəqliyyat nazirinin müavini Maksat Kaliakparov Xəzər qovşağının inkişafı çərçivəsində Aktau və Kurık dəniz limanlarının modernizasiyası işlərinin sürətlə davam etdiyini qeyd edib.

"Aktau limanında konteyner habının tikintisi layihəsinin icrasına başlanılıb. İşlərin gələn ilin sonunda başa çatdırılması planlaşdırılır. Onun reallaşdırılması limanın ötürücülük qabiliyyətini ildə 250 min TEU-ya qədər artırmağa imkan verəcək. Kurık limanına gəlincə, cari ildə illik gücü 1 milyon ton olan yeni taxıl terminalı istifadəyə verilib", - M.Kaliakparov bildirib.