Son Xəbərlər
Azərbaycanın Çempionlar Liqasındakı təmsilçisi “Sabah”ın ikinci mərhələdəki
Bakı şəhəri, Xətai rayonu, Əhmədli qəsəbəsində açıq ərazidə yanğın baş verib.
Avropa Səyahət Komissiyasının (ETC) 2026-cı il üzrə proqnoz hesabatına əsasən,
"Bu gün klinik psixiatriyanın müalicə üsulları genişlənib".
Bu il sentyabrın 1-dən su obyektlərindən xüsusi məqsədlər üçün istifadə ilə
17-19 iyun tarixlərində istismar müddəti başa çatmış və istifadəyə yararsız
Qidalanma mütəxəssisləri orqanizmdə iltihabi prosesləri azaltmağa kömək edən
"ABŞ və İran arasındakı ziddiyyətlərin aradan qaldırılmasına dair
“Əl-Ərəbiyyə” Vaşinqton və Tehran arasında imzalanması gözlənilən 14 bəndlik
“Narmiw.Niko” bloqunun sahibi Nərmin Əliyevanın qəzada vəfat edən bacısı

Rusiya daha on ölkə üçün elektron viza tətbiq etməyi planlaşdırır

06 dek 2024, 13:25
Rusiya daha on ölkə üçün elektron viza tətbiq etməyi planlaşdırır

Rusiya daha on ölkə üçün elektron viza tətbiq etməyi planlaşdırır.

Liderxeber.az gazeta.ru-ya istinadən xəbər verir ki, Rusiya Xarici İşlər Nazirliyi elektron viza üçün uyğun ölkələrin siyahısını genişləndirmək üzərində işləyir. Rusiya Federasiyası İqtisadi İnkişaf Nazirliyinin çoxtərəfli iqtisadi əməkdaşlıq və xüsusi layihələr departamentinin direktoru Nikita Kondratyev bu barədə açıqlama verib.

Bu mövzu Sankt-Peterburq Beynəlxalq Turizm Forumunun "Travel Hub. Səyahət edin!" panelində müzakirə edilib. Sentyabrın əvvəlində, İqtisadi İnkişaf Nazirliyi və Xarici İşlər Nazirliyi xarici turistlər üçün Rusiyaya elektron vizaların etibarlılığının və tezliyinin artırılması üzərində çalışdıqlarını bildirmişdilər.

İqtisadi İnkişaf Nazirliyinin rəis müavini Dmitri Vaxrukov qeyd edib ki, bu qərar Rusiyaya səfər edən və gələcəkdə yenidən qayıtmaq istəyən xarici turistlərin maraqlarını nəzərə alaraq qəbul edilib. Vaxrukov 2023-cü ilin avqustun 1-dən etibarən elektron viza mexanizminin tətbiqinə başlanıldığını və iyulun sonuna qədər bu vizadan istifadə edərək 420 min xarici turistin Rusiyaya gəldiyini bildirib.