Son Xəbərlər
Azərbaycanın Çempionlar Liqasındakı təmsilçisi “Sabah”ın ikinci mərhələdəki
Bakı şəhəri, Xətai rayonu, Əhmədli qəsəbəsində açıq ərazidə yanğın baş verib.
Avropa Səyahət Komissiyasının (ETC) 2026-cı il üzrə proqnoz hesabatına əsasən,
"Bu gün klinik psixiatriyanın müalicə üsulları genişlənib".
Bu il sentyabrın 1-dən su obyektlərindən xüsusi məqsədlər üçün istifadə ilə
17-19 iyun tarixlərində istismar müddəti başa çatmış və istifadəyə yararsız
Qidalanma mütəxəssisləri orqanizmdə iltihabi prosesləri azaltmağa kömək edən
"ABŞ və İran arasındakı ziddiyyətlərin aradan qaldırılmasına dair
“Əl-Ərəbiyyə” Vaşinqton və Tehran arasında imzalanması gözlənilən 14 bəndlik
“Narmiw.Niko” bloqunun sahibi Nərmin Əliyevanın qəzada vəfat edən bacısı

Tbilisidə etiraz aksiyası toqquşmasız başa çatıb

06 dek 2024, 08:08
Tbilisidə etiraz aksiyası toqquşmasız başa çatıb

Tbilisinin mərkəzində Gürcüstan parlamenti yaxınlığında keçirilən etiraz aksiyası etirazçılarla hüquq-mühafizə orqanlarının əməkdaşları arasında toqquşma olmadan başa çatıb.

Bu barədə Liderxeber.az yerli mətbuata istinadən xəbər verir.

Cümə axşamı Gürcüstan parlamenti qarşısında növbəti mitinq başlayıb. Aksiya əvvəlki kimi sakit idi. Bəzi etirazçıların polisə pirotexniki vasitələr atması, həmçinin onlara daş atması halları da olub, lakin təhlükəsizlik qüvvələri Tbilisidəki etirazların ilk altı günündə olduğu kimi cavab tədbirləri görməyib. Yerli vaxtla saat 03:00 (Bakı saatı ilə eyni vaxtda) radələrində etirazçılar Rustaveli prospektindən dağılışmağa başlayıblar.

Gürcüstanda hökumət əleyhinə nümayişlərin növbəti dalğası noyabrın 28-də başlayıb. Aksiyaya səbəb Gürcüstanın Baş naziri İrakli Kobaxidzenin bəyanatı olub. O bildirib ki, hakim “Gürcü Arzusu – Demokratik Gürcüstan” partiyası 2028-ci ilin sonuna qədər Avropa İttifaqına (Aİ) daxil olmaq üzrə danışıqlar məsələsini gündəmə gətirməmək və cəmiyyətdən bütün büdcə qrantlarından imtina etmək qərarına gəlib. Hökumət başçısının sözlərinə görə, buna səbəb Aİ-nin ona qoşulmaq üçün dialoqun başlanması ilə bağlı daimi şantajı, parlamentin qəbul etdiyi bir sıra qanunların ləğvi tələbləri və Gürcüstan hakimiyyətinə qarşı sanksiyaların tətbiqinə çağırışlar olub.