Son Xəbərlər
Bu il sentyabrın 1-dən su obyektlərindən xüsusi məqsədlər üçün istifadə ilə
17-19 iyun tarixlərində istismar müddəti başa çatmış və istifadəyə yararsız
Qidalanma mütəxəssisləri orqanizmdə iltihabi prosesləri azaltmağa kömək edən
"ABŞ və İran arasındakı ziddiyyətlərin aradan qaldırılmasına dair
“Əl-Ərəbiyyə” Vaşinqton və Tehran arasında imzalanması gözlənilən 14 bəndlik
“Narmiw.Niko” bloqunun sahibi Nərmin Əliyevanın qəzada vəfat edən bacısı
“Resmi Gazete”də Türkiyə Böyük Millət Məclisinin (TBMM) yay tətilinə çıxmaması
“Mərkəzi Nəbatat Bağı” Publik Hüquqi Şəxsin İdarə Heyətinin sədri Əli Cəfərov
Dövlət Su Ehtiyatları Agentliyinin Tikilməkdə Olan Obyektlərin Müdiriyyəti
DÇ-2026-nın qrup mərhələsi çərçivəsində baş tutacaq Argentina - Əlcəzair

Haaqa Məhkəməsi öz tarixində ilk dəfə iqlim məsələləri ilə bağlı dinləmələr keçirəcək

02 dek 2024, 10:41
Haaqa Məhkəməsi öz tarixində ilk dəfə iqlim məsələləri ilə bağlı dinləmələr keçirəcək

BMT-nin Haaqa Məhkəməsi yarandığı gündən bəri ilk dəfə bu gün iqlim dəyişikliyi ilə bağlı dinləmələrə başlayacaq.

Liderxeber.az xğəbər verir ki, BMT-nin ali məhkəmə orqanı ilk dəfə dövlətlərin ekoloji problemlərə görə məsuliyyəti və planetin qorunması ilə bağlı öhdəliklərinə dair məsələlərə baxacaq.

İclas Vanuatu və həssas ada dövlətləri olan Fici, Papua-Yeni Qvineya və Solomon adaları, eləcə də İndoneziya və Timor-Lesteni təmsil edən Melaneziya Təşəbbüs Qrupunun bəyanatı ilə açılacaq.

Dinləmələrin keçirilməsində məqsəd ətraf mühitin istixana qazı tullantılarından mühafizəsi üçün "hüquqi plan"ın yaradılması və bu öhdəlikləri yerinə yetirməyən ölkələr üçün nəticələrin müəyyən edilməsidir. Dinləmələrdə 98 ölkə, 12 təşkilat və qrupun nümayəndələri iştirak edəcəklər ki, bu da məhkəmə tarixində bu cür ən böyük toplantıdır. Onların arasında istixana qazı tullantılarının ən böyük mənbəyi olan üç ölkə - Çin, ABŞ və Hindistan da var.

İki həftəlik dinləmələrin sonunda təşkilatların, o cümlədən Avropa İttifaqı və Neft İxrac edən Ölkələr Təşkilatının bəyanatla çıxış edəcəyi gözlənilir.

Dinləmələr Azərbaycanda baş tutmuş BMT-nin COP29 iqlim konfransından sonra keçirilir. Həmin konfransda inkişaf etmiş ölkələr inkişaf etməkdə olan ölkələrdə iqlim tədbirlərinin maliyyələşdirilməsi üçün 2035-ci ilə qədər illik 300 milyard dollar ayırmağı öhdələrinə götürüb.

Bu dinləmələrin nəticələri iqlimlə bağlı gələcək məhkəmə prosesləri və beynəlxalq siyasət üçün mühüm hüquqi əsas yarada bilər ki, bu da potensial olaraq qarşıdakı illər üçün iqlim böhranına qlobal cavabı müəyyən edə bilər.