Son Xəbərlər
Bakıda BMT-nin İqlim Dəyişikliyi üzrə çərçivə Konvensiyasının Tərəfləri
Bu gün gecəyarısı keçiriləcək döyüşdə Ceyk Pol Mayk Taysonla qarşılaşacaq.
Qazaxıstan COP29 çərçivəsində ümumi dəyəri 3,7 milyard ABŞ dolları olan yeni
Taksi sifarişi operatorları tərəfindən xidmətə görə əlavə vəsaitin tutulması,
"Bakı Beynəlxalq Dəniz Ticarət Limanı" QSC və Malayziya kapitallı
Münaqişələrin yan təsirləri qlobal iqlim problemlərini daha da dərinləşdirir.
Dünyaca məşhur şərbətli desert olan paxlava, Türk mətbəxinin ayrılmaz və ən
COP29 çərçivəsində BMT-nin Mərkəzi Asiya Ölkələrinin İqtisadiyyatları üçün
Norveçin “Norse Atlantic Airways” aviaşirkətinin Brno–Phuket reysini yerinə
Bu gündən Azərbaycan ərazisində, o cümlədən Bakı şəhərində payız-qış mövsümü
banner

Qazaxıstan COP29 çərçivəsində 3,7 milyard dollarlıq layihələrlə bağlı sazişlər imzalayıb

15 noy 2024, 12:30
Qazaxıstan COP29 çərçivəsində 3,7 milyard dollarlıq layihələrlə bağlı sazişlər imzalayıb

Qazaxıstan COP29 çərçivəsində ümumi dəyəri 3,7 milyard ABŞ dolları olan yeni layihələrin həyata keçirilməsinə dair sazişlər imzalayıb.

Liderxeber.az xəbər verir ki, bunu Qazaxıstanın energetika nazirinin müavini İlyas Bakıtcan Bakıda COP29 çərçivəsində keçirilən Mərkəzi Asiyada enerji keçidi üzrə İnvestisiya Forumunda bildirib.

"İlk növbədə təşkilatçılara təşəkkür etmək və Azərbaycan tərəfini bu böyük iqlim tədbirinin keçirilməsi münasibətilə təbrik etmək istərdim. Ölkələrimizin gələcəkdə ümumi və regional dayanıqlığa, ekoloji təhlükəsizliyə nail olunması ilə bağlı iddialı planları var", - nazir müavini qeyd edib.

O əlavə edib ki, COP29 çərçivəsində Qazaxıstan “yaşıl enerji”nin inkişafı sahəsində böyük hökumətlərarası layihələrin həyata keçirildiyini uğurla elan edib.

"Xüsusilə Qazaxıstan, Azərbaycan və Özbəkistan prezidentləri Xəzər dənizinin dibi ilə kabel xəttinin çəkilməsinə dair hökumətlərarası saziş imzalayıblar. Bu, gələcəkdə “yaşıl enerji”nin Avropaya ixracı üçün infrastrukturun yaradılmasına töhfə verəcək ən böyük regional layihədir", - İ.Bakıtcan qeyd edib.

O vurğulayıb ki, COP29 çərçivəsində Qazaxıstan və Çin hökumətləri bərpa olunan enerji mənbələri (BEM) sahəsində iri layihələrin həyata keçirilməsi barədə saziş imzalayıblar. "Həmçinin “Masdar” şirkəti ilə BEM-lə bağlı layihələrin həyata keçirilməsinə dair investisiya sazişləri imzalanıb. Bu layihələrə investisiyaların ümumi həcminin təxminən 3,7 milyard ABŞ dolları təşkil edəcəyi gözlənilir", - nazir müavini bildirib.