Son Xəbərlər
“Mərkəzi Nəbatat Bağı” Publik Hüquqi Şəxsin İdarə Heyətinin sədri Əli Cəfərov
Dövlət Su Ehtiyatları Agentliyinin Tikilməkdə Olan Obyektlərin Müdiriyyəti
DÇ-2026-nın qrup mərhələsi çərçivəsində baş tutacaq Argentina - Əlcəzair
Fransada keçirilən G7 (Böyük Yeddilik) sammiti çərçivəsində Ukrayna Prezidenti
Dünya şöhrətli idman xadimi, "Şöhrət" ordenli, Əməkdar bədən
İran İsrailin Livana vuracağı hər hansı yeni zərbəni Vaşinqton ilə Tehran
TRT-nin şərhçisi Murat Ekrem Çimen ötən gün dünya çempionatının qrup
İyunun 17-də gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya
Prezident İlham Əliyev qeyri-neft-qaz malları üzrə ixracın dəstəklənməsi ilə
Rusiya Prezidenti Vladimir Putin Dövlət Dumasına seçkilərin 2026-cı il

Qəzzada humanitar təşkilatların 300-dən çox işçisi həlak olub

14 noy 2024, 08:55
Qəzzada humanitar təşkilatların 300-dən çox işçisi həlak olub

Son bir ayda Qəzza zolağında humanitar təşkilatların ən azı 20 işçisi İsrail qüvvələri tərəfindən öldürülüb.

Liderxeber.az xəbər verir ki, bu barədə “Əl-Cəzirə” telekanalı “Save the Children” və “Oxfam” da daxil olmaqla səkkiz təşkilatın hazırladığı hesabata istinadən məlumat yayıb.

“Onlar öz evlərində, qaçqın düşərgələrində və humanitar yardım apararkən həlak olublar. Bir çoxları öz yaxınlarını, ailə üzvlərini və qohumlarını itirib”, - telekanal bildirib.

Qeyd olunub ki, İsrailin aviazərbələrinin son qurbanları oktyabrın 19-da Fələstin anklavının cənubunda yerləşən Xan Yunisdə su kəmərinin təmiri zamanı həlak olan dörd mühəndis və iki fəhlə olub.

“İsrail hakimiyyət orqanları ilə əvvəlcədən razılaşdırılsa da, onların aydın işarələnmiş maşını vurulub. İsrail keçən il oktyabrda müharibəyə başladığından bəri Qəzzada 300-dən çox humanitar təşkilatların işçisi öldürülüb ki, bu da dünyada indiyə qədər qeydə alınan ən yüksək rəqəmdir”.