Son Xəbərlər
“Mərkəzi Nəbatat Bağı” Publik Hüquqi Şəxsin İdarə Heyətinin sədri Əli Cəfərov
Dövlət Su Ehtiyatları Agentliyinin Tikilməkdə Olan Obyektlərin Müdiriyyəti
DÇ-2026-nın qrup mərhələsi çərçivəsində baş tutacaq Argentina - Əlcəzair
Fransada keçirilən G7 (Böyük Yeddilik) sammiti çərçivəsində Ukrayna Prezidenti
Dünya şöhrətli idman xadimi, "Şöhrət" ordenli, Əməkdar bədən
İran İsrailin Livana vuracağı hər hansı yeni zərbəni Vaşinqton ilə Tehran
TRT-nin şərhçisi Murat Ekrem Çimen ötən gün dünya çempionatının qrup
İyunun 17-də gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya
Prezident İlham Əliyev qeyri-neft-qaz malları üzrə ixracın dəstəklənməsi ilə
Rusiya Prezidenti Vladimir Putin Dövlət Dumasına seçkilərin 2026-cı il

İsraildən Livanda peycer partlayışları ilə əlaqədar etiraf

11 noy 2024, 15:38
İsraildən Livanda peycer partlayışları ilə əlaqədar etiraf

İsrail ilk dəfə olaraq Livanda "Hizbullah" üzvlərinin peycerlərinin kütləvi partlamasına görə məsuliyyəti öz üzərinə götürüb.

"Azad İran" "Telegram" kanalının məlumatına görə, bu barədə İsrail baş nazirinin sözçüsü Ömər Dosteri bəyan edib.

Onun sözlərinə görə Benyamin Netanyahu Livanda bununla bağlı göstəriş verdiyini təsdiqləyib.

Həmçinin "The Times of Israel" qəzeti yazıb ki, Netanyahu Nazirlər Kabinetinin iclasında peycerin partladılması əməliyyatının və Livan "Hizbullah"ının baş katibi Həsən Nəsrullahın öldürülməsinin yüksəksəviyyəli təhlükəsizlik rəsmilərinin müqavimətinə baxmayaraq həyata keçirildiyini bildirib.

Xatırladaq ki, sentyabrın 17-də bütün Livan boyunca, o cümlədən Beyrutun cənub ətrafında kütləvi şəkildə peycer partlayışları baş verib. Partlayan rabitə cihazları "Hizbullah" hərəkatının üzvlərinə məxsus olub. Hadisə nəticəsində onlarla insan həlak olub, İranın Livandakı səfiri Müctəba Əmani də daxil olmaqla 2.8 minə yaxın insan yaralanıb. Bir gün sonra, sentyabrın 18-də simsiz rabitə cihazlarının ikinci dalğa partlayışları baş verib. Bu dəfə ölənlərin sayı artıb, həmçinin daha 460 nəfərin yaralandığı açıqlanıb.