Son Xəbərlər
Suriyanın müxalif Azad Suriya Ordusunun döyüşçüləri Deyr əz-Zora daxil olub.
Azərbaycanın bəzi ərazilərində yağıntılı hava şəraiti müşahidə olunur, dağlıq
Suriya hökuməti Prezident Bəşər Əsədin harada olduğunu bilmir. Liderxeber.az
Dekabrın 8-nə keçən gecə müxalifət qüvvələri noyabrın 27-də başlayan sürətli
"Qış aylarında xəstə sayımız daha çox olur. Yayda qan təzyiqi normaya
“S&P Global Ratings” beynəlxalq reytinq agentliyi Azərbaycanda bu il üçün
“Azərbaycan Dəmir Yolları” QSC-nin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri
"Hizbullah"ın baş katibi Nəim Qasım deyib ki, İrandan gələn maliyyə
Türkiyənin sabiq xarici işlər naziri Feridun Sinirlioğlu Avropa Təhlükəsizlik
“Sumqayıt” AFFA İntizam Komitəsinin qərarından apellyasiya şikayəti verəcək.
banner

Tarixi seçkilər başa çatdı: ABŞ-nin 47-ci prezidenti Donald Trampın vədləri nələrdir?

06 noy 2024, 16:07
Tarixi seçkilər başa çatdı: ABŞ-nin 47-ci prezidenti Donald Trampın vədləri nələrdir?

Respublikaçılar Partiyasının namizədi, ABŞ-ın keçmiş prezidenti Donald Tramp və Demokratlar Partiyasının namizədi, ABŞ vitse-prezidenti Kamala Harrisin gərgin rəqabətli seçki prosesi başa çatıb. Donald Tramp rəqibi Harrisi geridə qoyaraq ABŞ-ın 47-ci prezidenti olub.

Bəs, aylarla davam edən seçki prosesində Donald Trampın vədləri nə idi? Amerika xalqı hansı vədlərə görə Donald Trampı yenidən ABŞ prezidenti edib?

Liderxeber.az xarici mətbuata istinadən, ABŞ-ın 47-ci prezidenti Donald Trampın "seçki vədləri"ni təqdim edir.

İnflyasiyaya son qoymaq

Donald Tramp inflyasiyaya son qoyacağına söz verib. İnflyasiya bitdikdə hər kəsin rahatlayacağını bildirən Tramp Amerikanı yenidən münasib qiymətlər olan hala gətirəcəyinə söz verib və faizləri aşağı salacağını iddia edib.

Sosial təminat müavinətlərinin vergisini ləğv etmək

Vergi Siyasəti Mərkəzinin məlumatına görə, Tramp bəxşişlər üzərindrə vergiləri də ləğv etsə, demək olar ki, bütün bəxşiş alan işçilər müəyyən qədər vergi güzəşti əldə edəcəklər. Bununla belə, bu işçilər təqaüdə çıxdıqda daha az sosial müdafiə ödənişləri alacaqlar.

Yaşlı vətəndaşların diqqətini cəlb etməyi hədəfləyən Tramp, sosial müdafiə müavinətləri alanların artıq aylıq ödənişlərinə görə vergi ödəməyəcəklərinə söz verib.

Aborta qadağa

Donald Tramp abortla bağlı qeyri-müəyyən açıqlamalar verərək seçicilərin reaksiyasına səbəb olub. Daha əvvəl ölkə miqyasında abort qadağası tətbiq edəcəyini bildirən Tramp Floridada hamiləliyin 6-cı ayından sonra abort qadağası qərarını tənqid etmiş və abort əleyhinə olan tərəfdarlarından sərt reaksiya görmüşdü. Tramp bu məsələ ilə bağlı açıqlamalarına daha sonra heç vaxt aydınlıq gətirməyib.

Qeyri-qanuni miqrantlara qarşı sərt tədbir

Donald Tramp qeyri-qanuni miqrantlara qarşı sərt mövqe nümayiş etdirir. Tramp sərhəd divarını tamamlamaq və təhlükəsizliyi artırmaqla sərhədi bağlayacağını və ölkəni naməlum mühacirlərdən və cinayətkar qaçqınlardan qoruyacağını vəd edib.

Tramp həmçinin qeyri-qanuni mühacirlərə qarşı ABŞ tarixində ən böyük deportasiya proqramını həyata keçirməyə söz verib.

Rusiya-Ukrayna müharibəsini bitirmək

Donald Tramp ABŞ-ı beynəlxalq siyasətdən təcrid edəcək xarici siyasət yürüdür və Vaşinqtonun özünü dünya münaqişələrindən təcrid etməsini istəyir. 47-ci prezident Rusiya ilə danışıqlar apararaq 24 saat ərzində Ukraynada müharibəni bitirəcəyini vəd edir.

Tramp özünü İsrailin sadiq tərəfdarı kimi təqdim edir, lakin Qəzzada müharibəni necə bitirəcəyi barədə çox az danışıb.

Səhiyyəni daha əlçatan etmək

Trampın birinci prezidentliyi dövründə səhiyyəyə diqqət yetirilirdi. Lakin onun hazırkı kampaniyasında buna eyni əhəmiyyət verilməyib.

Sentyabr ayında keçirilən debatda Tramp səhiyyə üçün yeni plan yaratdığını eyham etdi, lakin detallara çox dərindən getməyib.