Son Xəbərlər
“Mərkəzi Nəbatat Bağı” Publik Hüquqi Şəxsin İdarə Heyətinin sədri Əli Cəfərov
Dövlət Su Ehtiyatları Agentliyinin Tikilməkdə Olan Obyektlərin Müdiriyyəti
DÇ-2026-nın qrup mərhələsi çərçivəsində baş tutacaq Argentina - Əlcəzair
Fransada keçirilən G7 (Böyük Yeddilik) sammiti çərçivəsində Ukrayna Prezidenti
Dünya şöhrətli idman xadimi, "Şöhrət" ordenli, Əməkdar bədən
İran İsrailin Livana vuracağı hər hansı yeni zərbəni Vaşinqton ilə Tehran
TRT-nin şərhçisi Murat Ekrem Çimen ötən gün dünya çempionatının qrup
İyunun 17-də gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya
Prezident İlham Əliyev qeyri-neft-qaz malları üzrə ixracın dəstəklənməsi ilə
Rusiya Prezidenti Vladimir Putin Dövlət Dumasına seçkilərin 2026-cı il

Netanyahu İsrailin baş prokurorundan məlumatların sızmasının araşdırmağı tələb edib

05 noy 2024, 09:21
Netanyahu İsrailin baş prokurorundan məlumatların sızmasının araşdırmağı tələb edib

İsrailin Baş naziri Binyamin Netanyahu ölkənin Baş prokuroru Qali Baharav-Miaraya məktub göndərərək təhlükəsizlik məsələlərinə həsr olunmuş iclaslardan məlumat sızması hallarının araşdırılmasını tələb edib.

Liderxeber.az xəbər verir ki, məktubun mətnini İsrailin hökuməti başçısının Dəftərxanası dərc edib.

"Ciddi sızmaların və gizli məlumatların açıqlanması hallarının davamlı axını var idi. Bu sızmaları araşdırmaq üçün dəfələrlə müraciətlərimə baxmayaraq, heç bir şey edilmədi", - Netanyahu baş prokurora müraciətində yazıb.

Xatırladaq ki, noyabrın əvvəlində “The Times of Israel” qəzeti İsrailin xüsusi xidmət orqanlarının gizli məlumatların sızması ilə bağlı bir neçə şübhəlini saxladığını bildirib. Məlumata görə, Baş nazirin ofisində mətbuatla iş üzrə keçmiş müşavir Eliezer Feldşteyn ötən həftə Avropa nəşrlərinə xəbər ötürülməsi üçün ordu məlumat bazasından məlumat çıxarmaqda şübhəli bilinərək həbs edilib.