Son Xəbərlər
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyunun 16-da Müqəddəs
Azərbaycanda müşahidə olunan faktiki hava açıqlanıb. Milli Hidrometeorologiya
Birinci Xanımların Qlobal Akademiyasının (Global First Ladies Academy) ABŞ-də
Futbol üzrə dünya çempionatının qrup mərhələsində İran və Yeni Zelandiya milli
Gecə saatlarında yağan güclü yağış nəticəsində Şəkinin Cunud kəndinin şəhər və
Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov Pakistanın Silahlı
Portuqaliya millisi güclü fırtına səbəbindən dünya çempionatının qrup
İspaniyanın “Real Madrid” klubu İngiltərənin “Çelsi” komandasında çıxış edən
Sabah havanın 32 dərəcə isti olacağı gözlənilir. Liderxeber.az xəbər verir ki,
“Amerika Birləşmiş Ştatları ilə İran İslam Respublikası arasında Anlaşma

İran ABŞ-ni məhkəməyə verəcək

07 okt 2024, 09:03
İran ABŞ-ni məhkəməyə verəcək

İran xalqı şah və tərəfdarlarının ixrac etdiyi milli sərvətlərin geri qaytarılması ilə bağlı 1981-ci il Əlcəzair müqavilələrinin bəzi bəndlərinə əməl etmədiyi üçün noyabrın 3-də ABŞ-yə qarşı iddia qaldırmağa hazırlaşır.

Liderxeber.az TASS-a istinadən xəbər verir ki, bu barədə Zülmlə Mübarizə Gününün (4 noyabr 1979-cu ildə İslam İnqilabı tərəfdarlarının Tehrandakı ABŞ səfirliyini ələ keçirdikləri gün qeyd olunur) təşkilat komitəsinin sədri Məhəmməd Rza Nəqdi məlumat verib.

Onun sözlərinə görə, Zülmlə Mübarizə Günündə o illərdə baş verən hadisələrdən bəhs edən yeni nəsli ABŞ-nin cinayətləri ilə tanış edəcək sənədli filmin ictimaiyyətə təqdim edilməsi də planlaşdırılır.

Qeyd edək ki, Əlcəzair sazişi 1981-ci il yanvarın 19-da İran İslam Respublikası ilə ABŞ arasında imzalanıb. Bu razılaşmaya uyğun olaraq, Tehran ABŞ diplomatik missiyasının ələ keçirilməsi zamanı götürdüyü bütün girovları azad edib və İranın ABŞ-yə olan xarici borcunu ödəməyi öhdəsinə götürüb. Vaşinqton isə İslam Respublikasına qarşı ticarət sanksiyalarını ləğv edəcəyinə, xarici bank hesablarının açılacağına və İranın daxili işlərinə qarışmayacağına söz verib.