Son Xəbərlər
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyunun 16-da Müqəddəs
Azərbaycanda müşahidə olunan faktiki hava açıqlanıb. Milli Hidrometeorologiya
Birinci Xanımların Qlobal Akademiyasının (Global First Ladies Academy) ABŞ-də
Futbol üzrə dünya çempionatının qrup mərhələsində İran və Yeni Zelandiya milli
Gecə saatlarında yağan güclü yağış nəticəsində Şəkinin Cunud kəndinin şəhər və
Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov Pakistanın Silahlı
Portuqaliya millisi güclü fırtına səbəbindən dünya çempionatının qrup
İspaniyanın “Real Madrid” klubu İngiltərənin “Çelsi” komandasında çıxış edən
Sabah havanın 32 dərəcə isti olacağı gözlənilir. Liderxeber.az xəbər verir ki,
“Amerika Birləşmiş Ştatları ilə İran İslam Respublikası arasında Anlaşma

Ərəb Liqası Livana təcavüzü ərəblərin milli təhlükəsizliyinə hücumla eyniləşdirib

04 okt 2024, 08:15
Ərəb Liqası Livana təcavüzü ərəblərin milli təhlükəsizliyinə hücumla eyniləşdirib

Livan ərazisinə hər hansı bir müdaxilə və ya onun qismən işğalı ümumərəb milli təhlükəsizliyinə təcavüz hesab ediləcək.

Liderxeber.az TASS-a istinadən xəbər verir ki, Ərəb Dövlətləri Liqasının (ƏDL) üzvləri Qahirədə təşkilatın Şurasının daimi nümayəndələr səviyyəsində fövqəladə iclasının nəticələrinə dair belə bir bəyanatla çıxış ediblər.

“İsrailin Livana qarşı davam edən vəhşi təcavüzünü pisləyirik və bu cür hərəkətlər regional sabitlik üçün ciddi risklər daşıdığı üçün dərhal dayandırılmasını tələb edirik. Biz həmçinin təsdiq edirik ki, Livan ərazisinə hər hansı bir müdaxilə və onun hər hansı bir hissəsinin işğalını ümumərəb milli təhlükəsizliyinə təcavüz hesab edəcəyik”, – İraqın “Shafaq News” informasiya portalının yaydığı bəyanatda deyilir.

ƏDL-in fövqəladə iclasının iştirakçıları “Livanla tam həmrəyliyi” vurğulayıblar və livanlılara humanitar yardım göstərməyi planlaşdıran ölkələri və beynəlxalq təşkilatları “onun göndərilməsini sürətləndirməyə” çağırıblar.