Son Xəbərlər
Gecə saatlarında yağan güclü yağış nəticəsində Şəkinin Cunud kəndinin şəhər və
Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov Pakistanın Silahlı
Portuqaliya millisi güclü fırtına səbəbindən dünya çempionatının qrup
İspaniyanın “Real Madrid” klubu İngiltərənin “Çelsi” komandasında çıxış edən
Sabah havanın 32 dərəcə isti olacağı gözlənilir. Liderxeber.az xəbər verir ki,
“Amerika Birləşmiş Ştatları ilə İran İslam Respublikası arasında Anlaşma
Bakıda yol infrastrukturunun yaxşılaşdırılması istiqamətində növbəti mərhələyə
Sabah Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə buğda göndəriləcək.
M.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyası Bakı Dövlət Kamera
Azərbaycanın bəzi yerlərində yağıntılı hava şəraiti davam edir, bəzi yerlərdə

İsrail ordusu Beyruta hücum etdi: "Hizbullah"ın baş katibi Həsən Nəsrullahın öldüyü iddia edilir

28 sen 2024, 08:52
İsrail ordusu Beyruta hücum etdi: "Hizbullah"ın baş katibi Həsən Nəsrullahın öldüyü iddia edilir

İsrail Hərbi Hava Qüvvələri "Hizbullah"ın Beyrutdakı mərkəzi hərbi qərargahına hücum edib. Endirilən zərbə zamanı hərəkatın baş katibi Həsən Nəsrullahın qərargahda olduğu və onun öldürüldüyü iddia edilir.

Liderxeber.az xəbər verir ki, bu barədə "Kan" radiosu mənbəyə istinadən məlumat yayıb.

Eyni zamanda, zərbə zamanı qərargahda Həsən Nəsrullahın qızı Zeynəb Nəsrullahın da olduğu, onun da öldürüldüyü xəbəri yayılıb.

İsrail Müdafiə Ordusunun (SAXAL) nümayəndəsi Daniel Haqari qeyd edib ki, ordu müdafiə və hücuma maksimum hazır vəziyyətdədir.

İsrail ordusunun Livanın Beyrutdakı "Hizbullah" hərəkatının mərkəzi qərargahına zərbə endirməsindən sonra Tel-Əvivdəki bütün bomba sığınacaqları açıqdır.

Qeyd olunur ki, İsrailin Baş naziri Benyamin Netanyahu hələ sentyabrın 26-da Nyu-Yorka uçmazdan əvvəl "Hizbullah"ın qərargahına zərbə endirmə əməliyyatını təsdiqləyib, bundan sonra İsrail ordusu uyğun anı gözləyib. Beyruta hücumdan qısa müddət sonra Netanyahu ABŞ-yə səfərini yarımçıq qoyub, İsrailə qayıtmaq qərarına gəlib.