Son Xəbərlər
Azərbaycanda bir sıra dövlət qulluqçuları təltif edilib. Liderxeber.az xəbər
“İran nüvə proqramı ilə bağlı gələcəkdə uzunmüddətli və ən yüksəksəviyyəli
23 iyun 2026-cı il tarixdə Neftçala Rayon İcra Hakimiyyətinin təşkilatçılığı
Paytaxt ərazisində cari ilin 5 ayı ərzində motosiklet və mopdelərin iştirakı
“Ukrayna Prezidenti Volodimir Zelenskinin Belarusa yönələn təhdidləri Minski
Qumar oyunlarının təkrar keçirilməsi üçün yer təşkil etmə və ya saxlamanı
İyunun 24-də gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya
Bakıda sirkədən zəhərlənən kişi xəstəxanada vəfat edib. Liderxeber.az xəbər
Bu gün Azərbaycan Prezidenti İlham Əliyev və Türkmənistan Prezidenti Sərdar
Azərbaycan Prezidenti İlham Əliyev Lüksemburqun Böyük Hersoqu Giyoma təbrik

Moskvaya dron hücumu - Ölən və yaralananlar var

10 sen 2024, 14:12
Moskvaya dron hücumu - Ölən və yaralananlar var

Moskva vilayətinin Ramenskoye rayonuna dron hücumu zamanı iki yaşayış binasında yanğın baş verib.

Liderxeber.az TASS-a istinadən xəbər verir ki, bu barədə Moskva vilayətinin qubernatoru Andrey Vorobyev məlumat verib.

Onun sözlərinə görə, Ukraynaya məxsus pilotsuz təyyarənin Ramenskoyedəki yaşayış binasına çırpılması nəticəsində 11-12-ci mərtəbələrdəki evlərdə yanğın baş verib, 46 yaşlı qadın ölüb.

PUA-lardan biri isə Vısokovoltnaya küçəsindəki binaya çırpılıb.

Hadisələr zamanı 3 nəfər yaralanıb.

O, həmçinin bildirib ki, ümumilikdə bu gecə hava hücumundan müdafiə qüvvələri Podolsk, Ramenskoye, Lyubertsı, Domodedovo və Kolomna şəhər rayonlarında 14 pilotsuz uçuş aparatı vurub.