Son Xəbərlər
Hindistanın Hərbi Hava Qüvvələrinə məxsus “An-2” hərbi-nəqliyyat təyyarəsi
Bu gün “Son zəng”in ilk dəfə çalındığı təhsil müəssisələrindən biri də Ağdam
Fövqəladə Hallar Nazirliyi tərəfindən aparılan kütləvi maarifləndirmə işlərinə
“Diplomatik mənbələr Rusiyanın iyunun 7-də Ermənistanda keçirilən parlament
ABŞ Prezidenti Donald Trampın İranla yaxın günlərdə saziş imzalaya biləcəyinə
Yəməndə təhlükəli dırmanış videoları ilə tanınan və sosial şəbəkələrdə
Bu gün Azərbaycanda “Son zəng” günüdür. Liderxeber.az xəbər verir ki, bu il
Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) sanatoriya və
Bugün Neftçala Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə 15 İyun – Milli
Ölkə ərazisinin bəzi yerlərində yağıntılı hava şəraiti müşahidə olunur.

Selçuk Bayraktar Türkiyədə bu siyahıya liderlik edir

28 avq 2024, 13:16
Selçuk Bayraktar Türkiyədə bu siyahıya liderlik edir

Türkiyədə 2023-cü ildə dövlətə ən çox vergi ödəyən şəxslərin siyahısı açıqlanıb.

Liderxeber.az “Hürriyet”ə istinadən xəbər verir ki, “Baykar” şirkətinin İdarə Heyətinin sədri Selçuk Bayraktar siyahıya başçılıq edir. İkinci yerdə sözügedən şirkətin baş direktoru Haluk Bayraktar, üçüncü yerdə isə “Koç Holdinq” İdarə Heyətinin sədri Mustafa Rahmi Koç qərarlaşıb.

Gəlirlər İdarəsinin məlumatına görə, Türkiyədə ötən il ərzində ümumilikdə 4 milyon 541 min 644 vergi ödəyicisi tərəfindən illik vergi bəyannaməsi təqdim edilib. Həmin bəyannamələr əsasında 205 milyard 531 milyon 271 min 153 TL gəlir vergisi hesablanıb.

Qeyd edək ki, 44 yaşlı Selçuk Bayraktar “Forbes”un bu ilin aprel ayında yayımladığı “Dünyanın ən zəngin adamları” siyahısında 24-cü yerdə qərarlaşıb. Belə ki, sərvəti 1,2 milyard dollar olaraq dəyərləndirilib. Onun qardaşı, 45 yaşlı Haluk Bayraktarın sərvəti isə 1,1 milyard dollardır.

Bundan başqa, 93 yaşlı Mustafa Rahmi Koç 2,7 milyard dollar sərvətə sahibdir.