Son Xəbərlər
ABŞ İranla əldə olunan razılaşma çərçivəsində Tehranın 24 milyard dollar
Ölkənin avtomobil yollarında sabaha olan vəziyyət açıqlanıb. Liderxeber.az
15 İyun – Milli Qurtuluş Gününə həsr olunmuş “Qurtuluş Kuboku – 2026”
Hindistanın Hərbi Hava Qüvvələrinə məxsus “An-2” hərbi-nəqliyyat təyyarəsi
Bu gün “Son zəng”in ilk dəfə çalındığı təhsil müəssisələrindən biri də Ağdam
Fövqəladə Hallar Nazirliyi tərəfindən aparılan kütləvi maarifləndirmə işlərinə
“Diplomatik mənbələr Rusiyanın iyunun 7-də Ermənistanda keçirilən parlament
ABŞ Prezidenti Donald Trampın İranla yaxın günlərdə saziş imzalaya biləcəyinə
Yəməndə təhlükəli dırmanış videoları ilə tanınan və sosial şəbəkələrdə
Bu gün Azərbaycanda “Son zəng” günüdür. Liderxeber.az xəbər verir ki, bu il

KİV: İsrail kəşfiyyatının Haniyəni Qətərdə öldürmək imkanı olub

01 avq 2024, 10:37
KİV: İsrail kəşfiyyatının Haniyəni Qətərdə öldürmək imkanı olub

İsrail kəşfiyyat xidmətləri Fələstinin radikal HAMAS hərəkatının Siyasi Bürosunun rəhbəri İsmayıl Haniyəni Qətərdə öldürmək imkanına malik olub, lakin siyasətçinin İrana səfəri zamanı xüsusi olaraq ona sui-qəsd etmək qərarına gəliblər.

Liderxeber.az xəbər verir ki, bu barədə “Jerusalem Post” qəzeti İsrail kəşfiyyat xidmətlərindəki mənbələrinə istinadən məlumat yayıb.

Bildirilib ki, sui-qəsd üçün Tehranın mərkəzi qəsdən seçilib.

“İsrailin kəşfiyyat xidmətləri istəsəydi, Haniyəni Qətərə səfəri zamanı da yox edə bilərdi, lakin iki səbəbə görə məhz Tehran seçilib: birincisi, HAMAS liderindən xilas olmaq, ikincisi isə İranın gələcəkdə Yaxın Şərqdə alovu nə dərəcədə qaldırmaq gücündə olduğunu yoxlamaq və xaricdən yönələn təhdidlərə verəcəyi cavabla bağlı dilemma qarşısında qoymaq məqsədilə”, - qəzet vurğulayır.