Son Xəbərlər
ABŞ İranla əldə olunan razılaşma çərçivəsində Tehranın 24 milyard dollar
Ölkənin avtomobil yollarında sabaha olan vəziyyət açıqlanıb. Liderxeber.az
15 İyun – Milli Qurtuluş Gününə həsr olunmuş “Qurtuluş Kuboku – 2026”
Hindistanın Hərbi Hava Qüvvələrinə məxsus “An-2” hərbi-nəqliyyat təyyarəsi
Bu gün “Son zəng”in ilk dəfə çalındığı təhsil müəssisələrindən biri də Ağdam
Fövqəladə Hallar Nazirliyi tərəfindən aparılan kütləvi maarifləndirmə işlərinə
“Diplomatik mənbələr Rusiyanın iyunun 7-də Ermənistanda keçirilən parlament
ABŞ Prezidenti Donald Trampın İranla yaxın günlərdə saziş imzalaya biləcəyinə
Yəməndə təhlükəli dırmanış videoları ilə tanınan və sosial şəbəkələrdə
Bu gün Azərbaycanda “Son zəng” günüdür. Liderxeber.az xəbər verir ki, bu il

İlk dəfə insana mexaniki ürək köçürüldü

29 iyl 2024, 12:51
İlk dəfə insana mexaniki ürək köçürüldü

Alimlər ilk dəfə insana mexaniki ürək köçürüblər.

Liderxeber.az xəbər verir ki, Texas Ürək İnstitutu (THI) məlumat yayıb.

Məlumata görə, mexanik ürək tək hərəkətli hissəsi olan titandan hazırlanmış iki kameralı fırlanan nasosdur.

Belə ki, TAH (total süni ürək) adlanan titan nasosu maqnit prinsipi ilə işləyən rotor sayəsində qan təzyiqi yaradaraq ürəyin hər iki mədəciyinin funksiyalarını dəqiq şəkildə təkrarlamaq qabiliyyəti ilə seçilir.

Bildirilib ki, ürək protezi dəqiqədə 12 litr qan axını çatdırmaq qabiliyyətinə malikdir ki, bu da sağlam yetkin kişiyə aktiv həyat tərzi, o cümlədən idmanla məşğul olmaq üçün kifayətdir.

Alimlər vurğulayıblar ki, mexaniki orqanın müvəqqəti istifadəsi xəstəyə bioloji ürək transplantasiyası keçirənə qədər təmin edilir.

Onlar daha dörd könüllü üzərində eksperimental transplantasiya həyata keçirərək tədqiqatları davam etdirmək niyyətindədirlər.