Son Xəbərlər
ABŞ İranla əldə olunan razılaşma çərçivəsində Tehranın 24 milyard dollar
Ölkənin avtomobil yollarında sabaha olan vəziyyət açıqlanıb. Liderxeber.az
15 İyun – Milli Qurtuluş Gününə həsr olunmuş “Qurtuluş Kuboku – 2026”
Hindistanın Hərbi Hava Qüvvələrinə məxsus “An-2” hərbi-nəqliyyat təyyarəsi
Bu gün “Son zəng”in ilk dəfə çalındığı təhsil müəssisələrindən biri də Ağdam
Fövqəladə Hallar Nazirliyi tərəfindən aparılan kütləvi maarifləndirmə işlərinə
“Diplomatik mənbələr Rusiyanın iyunun 7-də Ermənistanda keçirilən parlament
ABŞ Prezidenti Donald Trampın İranla yaxın günlərdə saziş imzalaya biləcəyinə
Yəməndə təhlükəli dırmanış videoları ilə tanınan və sosial şəbəkələrdə
Bu gün Azərbaycanda “Son zəng” günüdür. Liderxeber.az xəbər verir ki, bu il

ABŞ-də beynəlxalq Millətlər Festivalında ən çox Azərbaycan guşəsi ziyarət olunub

28 iyl 2024, 09:50
ABŞ-də beynəlxalq Millətlər Festivalında ən çox Azərbaycan guşəsi ziyarət olunub

Azərbaycan ABŞ-nin Meyn ştatının Portland şəhərində keçirilən Millətlər Festivalında ("Festival of Nations") təmsil olunub.

Liderxeber.az-ın ABŞ bürosu xəbər verir ki, hər il keçirilən ənənəvi festivalda ölkəmizi Meyn Azərbaycan Cəmiyyətinin nümayəndələri təmsil edib.

Təşkilatın rəhbəri Tərlan Əhmədov "Report"a bildirib ki, artıq 22 ildir keçirilən keçilən festivalda dünyanın 30-dan çox ölkəsindən, eləcə də kiçik ada dövlətlərindən, müxtəlif etnik xalqlardan olan nümayəndələr iştirak edirlər. Təmsilçilər festivalda milli adət-ənənələrini, milli mətbəxlərinin ləziz təamlarını, geyimlərini, musiqilərini və mədəniyyətlərini nümayiş etdiriblər.

Festivalda Azərbaycan guşəsində qonaqlara ölkəmizin qədim tarixi və zəngin mədəniyyəti barədə ətraflı məlumat verilib. Bayraqlarımız və milli atributlarımızla bəzədilən Azərbaycan güşəsində qonaqlara icma üzvləri tərəfindən mətbəximizin ləziz təamları (plov, kabab, şəkərbura, paxlava) təqdim olunub.

Milli geyimlərdə olan azərbaycanlı uşaqların nümayiş etdiriyi milli rəqslər qonaqlar tərəfindən böyük maraqla qarşılanıb. Bununla yanaşı, güşəyə milli geyimlərimizin əks olunduğu lövhələr qoyulub ki, festival ziyarətçiləri həmin lövhələrin önündə şəkil çəkdiriblər.

Festivalda Azərbaycan musiqisi də ifa olunub. Gün ərzində ən çox ziyarətçini qəbul edən Azərbaycan güşəsinə maraq yüksək olub. Qonaqlar guşədə yüksək əhval-ruhiyyə ilə vaxt keçiriblər.