Son Xəbərlər
ABŞ İranla əldə olunan razılaşma çərçivəsində Tehranın 24 milyard dollar
Ölkənin avtomobil yollarında sabaha olan vəziyyət açıqlanıb. Liderxeber.az
15 İyun – Milli Qurtuluş Gününə həsr olunmuş “Qurtuluş Kuboku – 2026”
Hindistanın Hərbi Hava Qüvvələrinə məxsus “An-2” hərbi-nəqliyyat təyyarəsi
Bu gün “Son zəng”in ilk dəfə çalındığı təhsil müəssisələrindən biri də Ağdam
Fövqəladə Hallar Nazirliyi tərəfindən aparılan kütləvi maarifləndirmə işlərinə
“Diplomatik mənbələr Rusiyanın iyunun 7-də Ermənistanda keçirilən parlament
ABŞ Prezidenti Donald Trampın İranla yaxın günlərdə saziş imzalaya biləcəyinə
Yəməndə təhlükəli dırmanış videoları ilə tanınan və sosial şəbəkələrdə
Bu gün Azərbaycanda “Son zəng” günüdür. Liderxeber.az xəbər verir ki, bu il

Türkiyə Təhlükəsizlik Şurası toplanır, Ermənistan-Azərbaycan normallaşma prosesi müzakirə olunacaq

25 iyl 2024, 09:21
Türkiyə Təhlükəsizlik Şurası toplanır, Ermənistan-Azərbaycan normallaşma prosesi müzakirə olunacaq

Bu gün Türkiyə Milli Təhlükəsizlik Şurasının iclası keçiriləcək.

Liderxeber.az Türkiyə KİV-inə istinadən xəbər verir ki, Prezident Rəcəb Tayyib Ərdoğanın sədrliyi ilə keçiriləcək iclasın əsas mövzularından biri Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşması olacaq.

Həmçinin, Yunanıstanla münasibətlər, Şərqi Avropada və Yaxın Şərqdə davam edən müharibələr, terrorla mübarizə barədə də fikir mübadiləsi aparılacaq.

Eyni zamanda, Suriya ilə münasibətlərin normallaşması məsələsi də gündəlikdə olacaq.

Qeyd olunub ki, iclas çərçivəsində PKK, İŞİD kimi terror təşkilatlarına qarşı mübarizədəki son durum barədə dövlət başçısına məlumat veriləcək.