Son Xəbərlər
ABŞ İranla əldə olunan razılaşma çərçivəsində Tehranın 24 milyard dollar
Ölkənin avtomobil yollarında sabaha olan vəziyyət açıqlanıb. Liderxeber.az
15 İyun – Milli Qurtuluş Gününə həsr olunmuş “Qurtuluş Kuboku – 2026”
Hindistanın Hərbi Hava Qüvvələrinə məxsus “An-2” hərbi-nəqliyyat təyyarəsi
Bu gün “Son zəng”in ilk dəfə çalındığı təhsil müəssisələrindən biri də Ağdam
Fövqəladə Hallar Nazirliyi tərəfindən aparılan kütləvi maarifləndirmə işlərinə
“Diplomatik mənbələr Rusiyanın iyunun 7-də Ermənistanda keçirilən parlament
ABŞ Prezidenti Donald Trampın İranla yaxın günlərdə saziş imzalaya biləcəyinə
Yəməndə təhlükəli dırmanış videoları ilə tanınan və sosial şəbəkələrdə
Bu gün Azərbaycanda “Son zəng” günüdür. Liderxeber.az xəbər verir ki, bu il

Baydenin çəkilməsindən sonra ilk sorğunun nəticələri: Harris Trampı üstələyir

24 iyl 2024, 09:30
Baydenin çəkilməsindən sonra ilk sorğunun nəticələri: Harris Trampı üstələyir

ABŞ-nin vitse-prezidenti Kamala Harris ümummilli sorğuda respublikaçı namizəd Donald Trampı qabaqlayıb. Harris rəqibini iki faiz bənd üstələyir.

Liderxeber.az xəbər verir ki, bu barədə “Reuters” bildirib.

Son sorğuya görə, ABŞ-nin vitse-prezidenti Kamala Harris Trampı 44-ün 42-yə faiz səslə qabaqlayır. Bununla belə, fərq üç faiz bəndinin statistik xəta marjası çərçivəsindədir.

Bu, Trampın rəsmən prezidentliyə namizəd kimi irəli sürüldüyü ABŞ Respublikaçıların Milli Konvensiyasından və Baydenin prezidentlik yarışından çəkildiyini elan edib Harrisi dəstəklədikdən sonra iyulun 22-23-də keçirilən sorğunun nəticələridir.

İyulun 15-16-da keçirilmiş əvvəlki “Reuters/Ipsos” sorğusunda Harris və Trampın hər biri 44% dəstəyə malik idi və ayın əvvəlində respublikaçı Amerika vitse-prezidentini bir faiz bəndi qabaqlamışdı.

Üstəlik, son sorğuda ABŞ-də qeydiyyatdan keçmiş seçicilərin 56 %-i 59 yaşlı Harrisin “kəskin zehni və çətinliklərin öhdəsindən gəlmək bacarığı” olduğunu deyib. Bunu 78 yaşlı Tramp haqqında yalnız 49 %, 81 yaşlı Bayden haqqında isə yalnız 22 % deyib.