Son Xəbərlər
ABŞ İranla əldə olunan razılaşma çərçivəsində Tehranın 24 milyard dollar
Ölkənin avtomobil yollarında sabaha olan vəziyyət açıqlanıb. Liderxeber.az
15 İyun – Milli Qurtuluş Gününə həsr olunmuş “Qurtuluş Kuboku – 2026”
Hindistanın Hərbi Hava Qüvvələrinə məxsus “An-2” hərbi-nəqliyyat təyyarəsi
Bu gün “Son zəng”in ilk dəfə çalındığı təhsil müəssisələrindən biri də Ağdam
Fövqəladə Hallar Nazirliyi tərəfindən aparılan kütləvi maarifləndirmə işlərinə
“Diplomatik mənbələr Rusiyanın iyunun 7-də Ermənistanda keçirilən parlament
ABŞ Prezidenti Donald Trampın İranla yaxın günlərdə saziş imzalaya biləcəyinə
Yəməndə təhlükəli dırmanış videoları ilə tanınan və sosial şəbəkələrdə
Bu gün Azərbaycanda “Son zəng” günüdür. Liderxeber.az xəbər verir ki, bu il

Pezeşkian: İran Qüds azad edilənədək hərtərəfli dəstəyini davam etdirəcək

11 iyl 2024, 10:24
Pezeşkian: İran Qüds azad edilənədək hərtərəfli dəstəyini davam etdirəcək

İran İslam Respublikası məzlum Fələstin xalqına bütün istəkləri reallaşana, hüquqları bərpa olunana, Qüds azad edilənədək hərtərəfli dəstəyini davam etdirəcək.

Liderxeber.az İRNA-ya istinadən xəbər verir ki, bu, İranın yeni seçilən Prezidenti Məsud Pezeşkian HƏMAS (Fələstin İslami Müqavimət Hərəkatı) Siyasi Bürosunun rəhbəri İsmayıl Haniyəyə təbrikinə təşəkkür məktubunda bildirib.

O qeyd edib ki, İslam İnqilabının yüksək prinsip və məqsədlərini müdafiə edərək, İmam Xomeyninin idealları və ali rəhbər Seyid Əli Xamənenin göstərişləri çərçivəsində, islam dinini dəstəkləməyi özünün insani və dini vəzifəsi hesab edir: “Əminəm ki, müqavimət göstərən Fələstin xalqına qələbə və ilahi zəfər nəsib olacaqdır”.