Son Xəbərlər
ABŞ İranla əldə olunan razılaşma çərçivəsində Tehranın 24 milyard dollar
Ölkənin avtomobil yollarında sabaha olan vəziyyət açıqlanıb. Liderxeber.az
15 İyun – Milli Qurtuluş Gününə həsr olunmuş “Qurtuluş Kuboku – 2026”
Hindistanın Hərbi Hava Qüvvələrinə məxsus “An-2” hərbi-nəqliyyat təyyarəsi
Bu gün “Son zəng”in ilk dəfə çalındığı təhsil müəssisələrindən biri də Ağdam
Fövqəladə Hallar Nazirliyi tərəfindən aparılan kütləvi maarifləndirmə işlərinə
“Diplomatik mənbələr Rusiyanın iyunun 7-də Ermənistanda keçirilən parlament
ABŞ Prezidenti Donald Trampın İranla yaxın günlərdə saziş imzalaya biləcəyinə
Yəməndə təhlükəli dırmanış videoları ilə tanınan və sosial şəbəkələrdə
Bu gün Azərbaycanda “Son zəng” günüdür. Liderxeber.az xəbər verir ki, bu il

Rusiyanın Ukraynaya hava hücumu nəticəsində 20 nəfər ölüb, 50 nəfər yaralanıb

08 iyl 2024, 13:49
Rusiyanın Ukraynaya hava hücumu nəticəsində 20 nəfər ölüb, 50 nəfər yaralanıb

Rusiyanın Ukraynaya hava hücumu nəticəsində 20 nəfər ölüb, 50 nəfər yaralanıb.

Bu barədə Ukrayna Daxili İşlər Nazirliyi məlumat yayıb.

Rusiya hərbi aviasiyası səhər saatlarından Ukraynanın Kiyev, Dnepr və Krivoy-Roq şəhərlərinə raket zərbələri endirib.Həyəcan siqnalı ilə əraziyə dərhal təcili yardım və yanğınsöndürmə briqadaları, eləcə də polis əməkdaşları cəlb edilib. Paytaxtda raket zərbələri zamanı ümumilikdə 7 nəfərin öldüyü bildirilir. Atılan raketlərin bir hissəsi isə paytaxtın Şevçenko rayonu ərazisinə düşüb.

Kiyevin üzərini qatı tüstü dumanı bürüyüb.

Dnepr və Krivoy-Roq şəhərləri də aviahücumlara məruz qalıb. Dneprin Aviatorskoye rayonunda raketlərdən biri ölkənin ən iri hava limanlarından birinin yaxınlığına düşüb. Krivoy-Roq şəhərində 10 nəfər ölüb, 31 nəfər yaralanıb.

Yaralılardan 10 nəfərinin vəziyyətinin ağır olduğu bildirilib.

Bununla yanaşı, Solomensk, Dneprovsk və Qoloseyevka rayonları da raket zərbələrinə məruz qalıb.

Bildirilib ki, hücum zamanı əsasən “Kinjal” raket sistemlərindən istifadə edilib. Hücumların hazırda da davam etdiyi açıqlanıb.

Ukraynanın Müdafiə Nazirliyi hava hücumundan müdafiə sistemlərinin tam gücü ilə işə düşdüyünü açıqlayıb.

Kiyev meri Vitali Kliçko Ukraynanın paytaxtında partlayışları təsdiqləyib və sakinlərdən sığınacaqdan çıxmamağı xahiş edib.

TASS agentliyi Kiyevin Julyanı hava limanı rayonunda güclü partlayışın baş verdiyini yazıb.

Ukraynanın "Strana" nəşri isə Odessanın bir hissəsində elektrik enerjisi kəsildiyi barədə məlumat yayıb.