Son Xəbərlər
ABŞ İranla əldə olunan razılaşma çərçivəsində Tehranın 24 milyard dollar
Ölkənin avtomobil yollarında sabaha olan vəziyyət açıqlanıb. Liderxeber.az
15 İyun – Milli Qurtuluş Gününə həsr olunmuş “Qurtuluş Kuboku – 2026”
Hindistanın Hərbi Hava Qüvvələrinə məxsus “An-2” hərbi-nəqliyyat təyyarəsi
Bu gün “Son zəng”in ilk dəfə çalındığı təhsil müəssisələrindən biri də Ağdam
Fövqəladə Hallar Nazirliyi tərəfindən aparılan kütləvi maarifləndirmə işlərinə
“Diplomatik mənbələr Rusiyanın iyunun 7-də Ermənistanda keçirilən parlament
ABŞ Prezidenti Donald Trampın İranla yaxın günlərdə saziş imzalaya biləcəyinə
Yəməndə təhlükəli dırmanış videoları ilə tanınan və sosial şəbəkələrdə
Bu gün Azərbaycanda “Son zəng” günüdür. Liderxeber.az xəbər verir ki, bu il

Qırğızıstan Azərbaycanla ikiqat vergitutmanın aradan qaldırılması haqqında Sazişin imzalanmasını təsdiqləyib

08 iyl 2024, 13:30
Qırğızıstan Azərbaycanla ikiqat vergitutmanın aradan qaldırılması haqqında Sazişin imzalanmasını təsdiqləyib

Qırğızıstanın Nazirlər Kabineti “Azərbaycan Respublikası ilə Qırğız Respublikası arasında gəlirlərə görə vergilərə münasibətdə ikiqat vergitutmanın aradan qaldırılması və vergidən yayınmanın qarşısının alınması haqqında Saziş”in imzalanmasını təsdiqləyib.

Liderxeber.az Qırğızıstan KİV-ə istinadən xəbər verir ki, Saziş 2024-cü il aprelin 24-də Bakıda imzalanıb.

Sazişin icrasına cavabdeh olan orqan İqtisadiyyat və Kommersiya Nazirliyi müəyyən edilib. Sənəd ratifikasiya məqsədilə Qırğızıstanın Joqorku Keneşinə göndərilib.

Saziş Qırğızıstan iqtisadiyyatına birbaşa xarici investisiyaların cəlb edilməsi vasitəsi kimi nəzərdən keçirilir. Bununla yanaşı, xarici şirkətlərə ikiqat vergitutmanın aradan qaldırılması və yalnız bir ölkədə vergitutma təminatının verilməsi yolu ilə ölkə iqtisadiyyatının müxtəlif sahələrinə investisiya yatırılmasına şərait yaradır.

Sazişin əsas məqsədləri bir dövlətin rezidentini digər razılığa gələn dövlətdə ayrı-seçkilik yaradan vergitutmadan qorumaq, vergidən yayınma və ya Sazişin müddəalarından sui-istifadə hallarının qarşısını almaq və razılığa gələn dövlətlərin səlahiyyətli orqanları arasında Sazişin müddəalarına əməl olunmasını təmin etmək üçün qarşılıqlı məlumat mübadiləsi aparmaqdan ibarətdir.

Sənədin mətnində vurğulanıb ki, Saziş beynəlxalq ikiqat vergitutmanın hüquqi sahəsində yaranan ümumi problemlərin və vəzifələrin həllində vahid formadır. Vergi qanunvericiliyi sahəsində Qırğızıstanla Azərbaycan arasında münasibətlərdə ümumi yanaşmanı inkişaf etdirməyə imkan verir.

Qeyd olunub ki, Saziş Qırğız Respublikasında ticarət dövriyyəsinin və Azərbaycan investisiyalarının həcminin artırılmasına kömək edəcək.

Azərbaycanın Qırğızıstan iqtisadiyyatına yatırdığı investisiyaların həcmi 5,4 milyon ABŞ dolları, Qırğızıstanın Azərbaycana yatırdığı kapital qoyuluşlarının həcmi isə 5,54 milyon ABŞ dolları təşkil edir.

Azərbaycanda qeydiyyatdan keçmiş Qırğızıstan kapitallı 74 müəssisədən 23-ü fəaliyyət göstərir.