Son Xəbərlər
ABŞ İranla əldə olunan razılaşma çərçivəsində Tehranın 24 milyard dollar
Ölkənin avtomobil yollarında sabaha olan vəziyyət açıqlanıb. Liderxeber.az
15 İyun – Milli Qurtuluş Gününə həsr olunmuş “Qurtuluş Kuboku – 2026”
Hindistanın Hərbi Hava Qüvvələrinə məxsus “An-2” hərbi-nəqliyyat təyyarəsi
Bu gün “Son zəng”in ilk dəfə çalındığı təhsil müəssisələrindən biri də Ağdam
Fövqəladə Hallar Nazirliyi tərəfindən aparılan kütləvi maarifləndirmə işlərinə
“Diplomatik mənbələr Rusiyanın iyunun 7-də Ermənistanda keçirilən parlament
ABŞ Prezidenti Donald Trampın İranla yaxın günlərdə saziş imzalaya biləcəyinə
Yəməndə təhlükəli dırmanış videoları ilə tanınan və sosial şəbəkələrdə
Bu gün Azərbaycanda “Son zəng” günüdür. Liderxeber.az xəbər verir ki, bu il

Böyük Britaniya İsrailə silah satışını dayandıra bilər

30 iyn 2024, 09:50
Böyük Britaniya İsrailə silah satışını dayandıra bilər

Müxalif Leyboristlər Partiyası Böyük Britaniyada keçiriləcək seçkilərdə qalib gələrsə, İsrail və Səudiyyə Ərəbistanına silah satışını dayandıracaq.

Liderxeber.az-ın “Telegraph” qəzetinə istinadən verdiyi məlumata görə, bunu Böyük Britaniyanın keçmiş kölgə xarici işlər naziri, parlamentə yenidən seçilməyə namizəd Fabian Hamilton deyib.

“Silah satışı məsələsinə gəlincə, gələn həftə seçkilərdə qalib gəlsək, İsrailə silah satışını dərhal dayandıracağıq”, – siyasətçi bildirib.

Hamilton əlavə edib ki, Leyboristlər Britaniyanın ən böyük müştərisi olan Səudiyyə Ərəbistanına silah satışını da dayandıracaq.

Xatırladaq ki, daha əvvəl Böyük Britaniyanın xarici işlər naziri Devid Kemeron Londonun İsrailə silah satışı üçün ixrac lisenziyalarının verilməsini dayandırmaq niyyətində olduğunu açıqlamışdı.