Son Xəbərlər
ABŞ İranla əldə olunan razılaşma çərçivəsində Tehranın 24 milyard dollar
Ölkənin avtomobil yollarında sabaha olan vəziyyət açıqlanıb. Liderxeber.az
15 İyun – Milli Qurtuluş Gününə həsr olunmuş “Qurtuluş Kuboku – 2026”
Hindistanın Hərbi Hava Qüvvələrinə məxsus “An-2” hərbi-nəqliyyat təyyarəsi
Bu gün “Son zəng”in ilk dəfə çalındığı təhsil müəssisələrindən biri də Ağdam
Fövqəladə Hallar Nazirliyi tərəfindən aparılan kütləvi maarifləndirmə işlərinə
“Diplomatik mənbələr Rusiyanın iyunun 7-də Ermənistanda keçirilən parlament
ABŞ Prezidenti Donald Trampın İranla yaxın günlərdə saziş imzalaya biləcəyinə
Yəməndə təhlükəli dırmanış videoları ilə tanınan və sosial şəbəkələrdə
Bu gün Azərbaycanda “Son zəng” günüdür. Liderxeber.az xəbər verir ki, bu il

İranda prezident seçkisi rəsmi olaraq başlanıb

28 iyn 2024, 08:53
İranda prezident seçkisi rəsmi olaraq başlanıb

İranın Yeni Zelandiyadakı səfirliyində səsvermə prosesinin başlaması ilə İranda prezident seçkisi rəsmən başlayıb.

Bu barədə "Azad İran" "Telegram" kanalı məlumat yayıb.

İran prezidenti seçkisi Vellinqtonla yanaşı, Yeni Zelandiyanın Oklend və Kraystçorç şəhərlərində də keçirilir. İranda seçki məntəqələri yerli vaxtla saat 08:00-da (Bakı vaxtı ilə 09:30) açılır. Namizədlikləri ilkin olaraq İran Konstitusiyasının Keşikçilər Şurası tərəfindən təsdiqlənən altı siyasətçidən dörd iştirakçı prezidentlik yarışında qalıb.

Xatırladaq ki, iyunun 26-da mühafizəkarların xeyrinə namizədliyini geri götürdüyünü elan edən vitse-prezident Əmir Hüseyn Qazizadə Haşimidən sonra iyunun 27-də Tehran meri Əlirza Zəkani də oxşar qərar qəbul edib. O, mühafizəkarlar qanadından iki əsas namizədin - parlamentin spikeri Məhəmməd Baqir Qalibafın və respublikanın Təhlükəsizlik Şurasındakı ruhani liderin nümayəndəsi Səid Cəlilinin müdafiəsi ilə bağlı çıxış edib. Onlardan başqa, yarışda mühafizəkar keçmiş nazir Mustafa Purməhəmmədi və islahatçı düşərgədən yeganə namizəd - keçmiş səhiyyə naziri Məsud Pezeşkian da var.