Son Xəbərlər
ABŞ İranla əldə olunan razılaşma çərçivəsində Tehranın 24 milyard dollar
Ölkənin avtomobil yollarında sabaha olan vəziyyət açıqlanıb. Liderxeber.az
15 İyun – Milli Qurtuluş Gününə həsr olunmuş “Qurtuluş Kuboku – 2026”
Hindistanın Hərbi Hava Qüvvələrinə məxsus “An-2” hərbi-nəqliyyat təyyarəsi
Bu gün “Son zəng”in ilk dəfə çalındığı təhsil müəssisələrindən biri də Ağdam
Fövqəladə Hallar Nazirliyi tərəfindən aparılan kütləvi maarifləndirmə işlərinə
“Diplomatik mənbələr Rusiyanın iyunun 7-də Ermənistanda keçirilən parlament
ABŞ Prezidenti Donald Trampın İranla yaxın günlərdə saziş imzalaya biləcəyinə
Yəməndə təhlükəli dırmanış videoları ilə tanınan və sosial şəbəkələrdə
Bu gün Azərbaycanda “Son zəng” günüdür. Liderxeber.az xəbər verir ki, bu il

EAPCA: Fransanın Ermənistana “Caesar” qurğularını verməsi Azərbaycana qarşı təxribatdır

26 iyn 2024, 16:53
EAPCA: Fransanın Ermənistana “Caesar” qurğularını verməsi Azərbaycana qarşı təxribatdır

Avro-Atlantik Azərbaycanlılar Tərəfdaşlıq Şurası ( EAPCA) Fransanın Ermənistana öldürücü silahların satışına qarşı çıxış edərək bəyanat imzalayıb.

Liderxeber.az xəbər verir ki, qurumun baş katibi Sahil Qasımovun imzaladığı sənəddə qeyd olunur ki, Fransa Cənubi Qafqazda aqressiv siyasət yeridir və Ermənistanı Azərbaycana qarşı revanşizmə, müharibəyə təhrik edir:

“Avro-Atlantik coğrafiyasında fəaliyyət göstərən beynəlxalq transmilli lobbi strukturu olan Avro-Atlantik Azərbaycan Tərəfdaşlıq Şurası Fransanın Cənubi Qafqazdakı çirkin siyasətinin beynəlxalq konvensiyalara zidd olduğunu bəyan edir”.

EAPCA-da hesab edirlər ki, Fransanın qanlı hərbi təcavüz təcrübəsi olan Ermənistana hücum və öldürücü silahlar verməsi, Ermənistanla Fransa arasında hərbi əməkdaşlıq sahəsinin genişlənməsi yeni müharibənin başlanmasını qaçılmaz edir.

Bəyanatda qeyd olunub ki, Ermənistan silahlı qüvvələrinin Azərbaycanla sərhəddə, xüsusən də Naxçıvan istiqamətində atəşkəsi pozması birmənalı olaraq Fransanın Ermənistana göstərdiyi hərbi-texniki dəstəyin nəticəsidir:

“Azərbaycanlıların Avro-Atlantik Tərəfdaşlıq Şurası Fransa ilə Ermənistan arasında “Caesar” özüyeriyən artilleriya qurğularının alqı-satqısına dair müqavilənin imzalanmasını qətiyyətlə pisləyir və bunu Fransanın Azərbaycana qarşı növbəti təxribatı hesab edir. Bu cür hallar Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşması prosesinə, eləcə də regionda sülh və əmin-amanlığın bərqərar olması səylərinə xələl gətirmək məqsədi daşıyır”.