Son Xəbərlər
Brüssel və Pekin yaxın zamanda Çin elektromobillərinin Avropaya idxalı üzrə
Bu gündən bayram günləri və şənbə-bazar günləri nəzərə alınmaqla payız
Şirkət 2023-cü il üzrə Dayanıqlılıq Hesabatını təqdim etdi Türkiyənin aparıcı
Azərbaycanın iqtisadi inkişafına və beynəlxalq bazarlarda milli brendlərin
Alimlər xərçəng əleyhinə preparatları damcı sistemlərindən tabletlərə çevirmək
"Bakı Sığorta" Açıq Səhmdar Cəmiyyətinin ("Bakı Sığorta"
Əminəm ki, 12-ci Baş Assambleya çərçivəsində keçiriləcək müzakirələr, eləcə də
Azərbaycanın ədliyyə naziri Fərid Turab oğlu Əhmədova III dərəcəli dövlət
COP29 Sədrliyi bəyanat yayıb. Liderxeber.az xəbər verir ki, bəyanatda deyilir:
Bakıda və Abşeron yarımadasında noyabrın 23-də hava şəraitinin dəyişkən
banner

Yaxın Şərqdə müharibə genişlənə bilər

24 iyn 2024, 14:45
Yaxın Şərqdə müharibə genişlənə bilər

Hazırda dünya geosiyasi cəhətdən ciddi xaos içindədir. Xüsusilə, Şərqi Avropa və Yaxın Şərqdə davam edən müharibələr planetdəki qütbləşməni artırır. Ayrı-ayrı aktorlar istər- istəməz öz tərəflərini seçməli olurlar. Bu isə öz növbəsində dünyadakı qarşıdurmalara əlavə təkan verir.

ABŞ Silahlı Qüvvələrinin Baş Qərargah Rəisləri Komitəsinin sədri general Çarlz Braun Kabo-Verdedə "Reuters" agentliyinə müsahibəsində deyib ki, İsrailin Livandakı Hizbullah hərəkatına qarşı əməliyyatı İranla münaqişə riskini artıra bilər. Generalın fikrincə, İsrailin hərəkətləri və Hizbullah üçün təhlükə münaqişənin genişlənməsinə birbaşa səbəbdir. O qeyd edib ki, Hizbullah Həmas-la müqayisədə daha böyük potensiala malikdir və İrandan əhəmiyyətli dəstək alır.

Braun, həmçinin vurğulayıb ki, İsrailin gələcək hərəkətlərini proqnozlaşdırmaq çətindir.

General bölgədə münaqişənin mümkün genişlənməsindən qorxduğunu bildirib və qeyd edib ki, Hizbullahın kütləvi hücumu halında ABŞ-nin müdafiədə İsrailə yardımı çətin ola bilər.

Görünür, Yaxın Şərqdə İsraillə Həmas və Hizbullah arasında xeyli müddətdir davam edən müharibə yaxın gələcəkdə bitənə oxşamır. Əksinə, vəziyyət getdikcə gərginləşir.

İsrailin Baş naziri Benyamin Netanyahu iyunun 23-də hökumətin həftəlik iclasında bildirib ki, ABŞ-dən silah tədarükü bərpa olunmalıdır. Bu, o deməkdir ki, İsrailin imkanları getdikcə azalsa da, müharibəni bitirmək fikri yoxdur. Əslində, indiki halda bu, o qədər də real görünmür. Birincisi ona görə ki, İsrail rəsmiləri, o cümlədən Netanyahu dəfələrlə bildirib ki, məqsəd Həması tam məhv etməkdir. Bu, yaxın gələcək üçün elə də asan deyil. İkincisi isə davam edən müharibə vasitəsilə regionda təsir imkanlarını artırmaq istəyən güclər “alova benzin tökməkdə” davam edirlər.

Bu taktika “böyük şahmat taxtası” üçün adi haldır. Adətən böyük güclər təsir göstərə bildikləri oyunçular vasitəsilə regionda xaos yaradır, sonra isə “idarə olunan böhran” strategiyasından istifadə edirlər.

Bu, Yaxın Şərq üçün də istisna deyil. Belə bir şəraitdə gələcəkdə fərqli aktorların da müharibəyə qoşulması mümkündür.

Nəzərə almaq lazımdır ki, Livana qarşı əməliyyatlar da məhz döyüşlərin genişlənməsinin təzahürüdür.

İsrail daxildəki hərbi-siyasi gərginliyə baxmayaraq, hələ ki dayanana oxşamır. Bu isə pespektivdə ən azı nəzəri cəhətdən Təl-Əvivlə Tehran arasında müharibənin başlanmasını istisna etmir.

Ümumiyyətlə, perspektivdə digər ərəb dövlətlərinin və müsəlman ölkələrinin də müharibəyə qoşulması mümkündür.

Hizbullah İrandan ciddi dəstək alır. Bu təşkilat İranda İslam inqilabının qələbəsindən sonra - 1982-ci ildə Livanın cənub hissəsini tutmaqda olan İsrail qüvvələrini həmin ərazilərdən çıxarmaq üçün yaradılıb. Yəni İran və Hizbullah arasında əlaqələr kifayət qədər dərindir. Bu isə o deməkdir ki, rəsmi Tehran artıq proseslərin iştirakçısıdır. Sadəcə olaraq, hələ ki “pərdənin arxasındadır”. Ölkədə yeni prezident seçilənə və yeni hökumət qurulana qədər, yəqin ki, İran İsraillə müharibəyə birbaşa qoşulmaqdan çəkinəcək. Hazırda bu, İrana lazım deyil. Hərçənd bəzi qüvvələr, xüsusilə ABŞ İranı müharibəyə çəkməyə çalışa bilər. Çünki bu, İran üçün yeni böhran deməkdir.

İranla İsrail arasında mümkün müharibə dünyada davam edən kataklizmləri daha da gücləndirəcək.

Azərbaycanın hər iki dövlətlə normal münasibətləri var. Rəsmi Bakı Tehranla Təl–Əviv arasında vasitəçi ola biləcək nadir oyunçulardandır. Bəlkə də Azərbaycan gələcəkdə bu iki aktor arasında uğurlu vasitəçi olmaqla savaşın daha da genişlənməsinin qarşısını ala bilər.

ABŞ-nin İsrailə dəstək məsələsinə gəldikdə isə bildirməliyik ki, bu yardımlar davamlı olmaya bilər. Nəzərə almaq lazımdır ki, siyasətdə daimi dostluq yox, daimi maraqlar var. Bu, Vaşinqton üçün xüsusilə xarakterikdir. Ağ Evin müxtəlif vaxtlarda Gürcüstanda, Ukraynada etdikləri, həmçinin Ermənistan vasitəsilə qurmaq istədiyi oyun onu deməyə əsas verir ki, bu dövlət proseslərə yalnız öz maraqları kontekstindən yanaşır. Üstəgəl, prezident seçkiləri ərəfəsində iki cəbhədə - həm Şərqi Avropada, həm də Yaxın Şərqdə mübarizə aparmaq ABŞ üçün çətin ola bilər.