Son Xəbərlər
ABŞ İranla əldə olunan razılaşma çərçivəsində Tehranın 24 milyard dollar
Ölkənin avtomobil yollarında sabaha olan vəziyyət açıqlanıb. Liderxeber.az
15 İyun – Milli Qurtuluş Gününə həsr olunmuş “Qurtuluş Kuboku – 2026”
Hindistanın Hərbi Hava Qüvvələrinə məxsus “An-2” hərbi-nəqliyyat təyyarəsi
Bu gün “Son zəng”in ilk dəfə çalındığı təhsil müəssisələrindən biri də Ağdam
Fövqəladə Hallar Nazirliyi tərəfindən aparılan kütləvi maarifləndirmə işlərinə
“Diplomatik mənbələr Rusiyanın iyunun 7-də Ermənistanda keçirilən parlament
ABŞ Prezidenti Donald Trampın İranla yaxın günlərdə saziş imzalaya biləcəyinə
Yəməndə təhlükəli dırmanış videoları ilə tanınan və sosial şəbəkələrdə
Bu gün Azərbaycanda “Son zəng” günüdür. Liderxeber.az xəbər verir ki, bu il

ABŞ Putinin Ukrayna ilə bağlı təklif etdiyi sülh planını yüksək qiymətləndirib

20 iyn 2024, 09:05
ABŞ Putinin Ukrayna ilə bağlı təklif etdiyi sülh planını yüksək qiymətləndirib

Amerikalı politoloq Con Mirşaymer “Judging Freedom” “YouTube” kanalına müsahibəsi zamanı Rusiya prezidenti Vladimir Putinin təklif etdiyi Ukrayna üçün sülh planını yüksək qiymətləndirib.

Liderxeber.az xəbər verir ki, onun fikrincə, bu, hazırda Ukrayna üçün ən yaxşı sövdələşmədir. O, Kiyevi və Qərbi Rusiya liderinin şərtlərini qəbul etməyə və danışıqlara başlamağa çağırıb.

Ekspert hesab edir ki, Ukrayna hakimiyyəti dövlətin dörd regionunu itirməsi faktını etiraf etməli, həmçinin NATO-ya üzv olmaqdan imtina edərək neytrallığını bəyan etməlidir.

Bundan əvvəl MKİ-nin keçmiş agenti Larri Conson da xəbərdarlıq etmişdi ki, Ukrayna prezidenti Vladimir Zelenskinin Rusiya lideri Vladimir Putinin sülh planını qəbul etməkdən imtina etməsi Kiyevin itirilməsinə səbəb ola bilər.

Qeyd edək ki, iyunun 14-də Putin Rusiya Xarici İşlər Nazirliyinin rəhbərliyi ilə görüşdə Rusiyanın xüsusi hərbi əməliyyat zonasında atəşkəs əldə etməsi üçün iki şərt səsləndirib. Onun sözlərinə görə, Ukrayna Xerson və Zaporojye vilayətlərindən, həmçinin Luqansk və Donetsk Xalq Respublikalarından qoşunlarını çıxardıqdan sonra Moskva atəşi dayandıracaq. Bundan əlavə, Kiyev NATO-ya üzv olmaqdan imtinası barədə rəsmi məlumat verməlidir.