Son Xəbərlər
ABŞ İranla əldə olunan razılaşma çərçivəsində Tehranın 24 milyard dollar
Ölkənin avtomobil yollarında sabaha olan vəziyyət açıqlanıb. Liderxeber.az
15 İyun – Milli Qurtuluş Gününə həsr olunmuş “Qurtuluş Kuboku – 2026”
Hindistanın Hərbi Hava Qüvvələrinə məxsus “An-2” hərbi-nəqliyyat təyyarəsi
Bu gün “Son zəng”in ilk dəfə çalındığı təhsil müəssisələrindən biri də Ağdam
Fövqəladə Hallar Nazirliyi tərəfindən aparılan kütləvi maarifləndirmə işlərinə
“Diplomatik mənbələr Rusiyanın iyunun 7-də Ermənistanda keçirilən parlament
ABŞ Prezidenti Donald Trampın İranla yaxın günlərdə saziş imzalaya biləcəyinə
Yəməndə təhlükəli dırmanış videoları ilə tanınan və sosial şəbəkələrdə
Bu gün Azərbaycanda “Son zəng” günüdür. Liderxeber.az xəbər verir ki, bu il

İsrail ordusunun sözçüsü: "HƏMAS-ı yox edə biləcəyimizi düşünənlər yanılırlar"

20 iyn 2024, 09:00
İsrail ordusunun sözçüsü: "HƏMAS-ı yox edə biləcəyimizi düşünənlər yanılırlar"

İsrail ordusunun sözçüsü Hagarinin HƏMAS-la bağlı etirafı rəsmi Təl-Əvivdə etirazlara səbəb olub.

Liderxeber.az xəbər verir ki, “Kanal 13” televiziya kanalına müsahibə verən İsrail ordusunun sözçüsü Daniel Hagari İsrailin baş naziri Benyamin Netanyahunun müdafiə etdiyi “Həması aradan qaldırmaq hədəfi”nə qarşı çıxıb.

"HƏMAS-ı məhv etmək fikri xalqın gözünə qum tökmək kimi bir şeydir. HƏMAS bir ideyadır, siyasi partiyadır. İnsanların qəlbində kök salıb. HƏMAS-ı yox edə biləcəyimizi düşünənlər yanılırlar" – deyə Hagari bildirib.

HƏMAS-ın yerinə başqa bir şeyin inkişaf etdirilməsinin lazım olduğunu müdafiə edən ordu rəsmisinə sərt reaksiya verən baş nazir Benyamin Netanyahu isə HƏMAS-ı hərbi və inzibati cəhətdən məhv etmək lazım olduğunu və İsrail ordusunun bunu etməyə borclu olduğunu deyib.