Son Xəbərlər
Brüssel və Pekin yaxın zamanda Çin elektromobillərinin Avropaya idxalı üzrə
Bu gündən bayram günləri və şənbə-bazar günləri nəzərə alınmaqla payız
Şirkət 2023-cü il üzrə Dayanıqlılıq Hesabatını təqdim etdi Türkiyənin aparıcı
Azərbaycanın iqtisadi inkişafına və beynəlxalq bazarlarda milli brendlərin
Alimlər xərçəng əleyhinə preparatları damcı sistemlərindən tabletlərə çevirmək
"Bakı Sığorta" Açıq Səhmdar Cəmiyyətinin ("Bakı Sığorta"
Əminəm ki, 12-ci Baş Assambleya çərçivəsində keçiriləcək müzakirələr, eləcə də
Azərbaycanın ədliyyə naziri Fərid Turab oğlu Əhmədova III dərəcəli dövlət
COP29 Sədrliyi bəyanat yayıb. Liderxeber.az xəbər verir ki, bəyanatda deyilir:
Bakıda və Abşeron yarımadasında noyabrın 23-də hava şəraitinin dəyişkən
banner

“Akkuyu” AES-in tikintisinin dəyəri 24-25 milyard dollardır

14 iyn 2024, 08:42
“Akkuyu” AES-in tikintisinin dəyəri 24-25 milyard dollardır

Türkiyədə “Akkuyu” Atom Elektrik Stansiyasının (AES) tikintisinin dəyəri 24-25 milyard dollardır.

Liderxeber.az xəbər verir ki, bu barədə Rusiya prezidenti Vladimir Putinə Elm Şurasının iclasında “Rosatom” dövlət korporasiyasının baş direktoru Aleksey Lixaçov məlumat verib.

“İndiki qiymətlərlə bu, 24-25 milyard dollar olacaq”, - deyə Lixaçev Putinin tikintinin dəyəri ilə bağlı sualını cavablandırıb. Qeyd edək ki, “Akkuyu” Atom Elektrik Stansiyasının (AES) tam istismara verilməsi Türkiyənin 2028-ci ilə qədər strateji inkişaf planına daxildir.

“Akkuyu” Türkiyədə tikilməkdə olan ilk atom elektrik stansiyasıdır. Layihə Rusiya Federasiyası ilə Türkiyə arasında 2010-cu il mayın 12-də imzalanmış əməkdaşlıq haqqında hökumətlərarası saziş əsasında həyata keçirilir.

Stansiya Rusiya istehsalı olan “3+” nəsil VVER reaktorları olan dörd enerji blokundan ibarət olacaq. Hər bir enerji blokunun gücü 1,2 min MVt olacaq. AES istismara verildikdən və tam gücünə çatdıqdan sonra ildə təxminən 35 milyard kilovatsaata yaxın elektrik enerjisi istehsal edəcək. Bu günə qədər layihə tam şəkildə Rusiya tərəfindən maliyyələşdirilir.