Son Xəbərlər
ABŞ İranla əldə olunan razılaşma çərçivəsində Tehranın 24 milyard dollar
Ölkənin avtomobil yollarında sabaha olan vəziyyət açıqlanıb. Liderxeber.az
15 İyun – Milli Qurtuluş Gününə həsr olunmuş “Qurtuluş Kuboku – 2026”
Hindistanın Hərbi Hava Qüvvələrinə məxsus “An-2” hərbi-nəqliyyat təyyarəsi
Bu gün “Son zəng”in ilk dəfə çalındığı təhsil müəssisələrindən biri də Ağdam
Fövqəladə Hallar Nazirliyi tərəfindən aparılan kütləvi maarifləndirmə işlərinə
“Diplomatik mənbələr Rusiyanın iyunun 7-də Ermənistanda keçirilən parlament
ABŞ Prezidenti Donald Trampın İranla yaxın günlərdə saziş imzalaya biləcəyinə
Yəməndə təhlükəli dırmanış videoları ilə tanınan və sosial şəbəkələrdə
Bu gün Azərbaycanda “Son zəng” günüdür. Liderxeber.az xəbər verir ki, bu il

Fransa neokolonial siyasətini dayandırmalı və kanak xalqının azadlığını təmin etməlidir

13 iyn 2024, 17:06
Fransa neokolonial siyasətini dayandırmalı və kanak xalqının azadlığını təmin etməlidir

Fransanın Yeni Kaledoniyada əsas insan hüquqlarını pozması onun BMT Baş Assambleyasının xarici ölkələrin dekolonizasiyasına dair qətnamələrini yerinə yetirmək üçün siyasi iradəyə malik olmadığının daha bir sübutudur.

Liderxeber.az xəbər verir ki, bunu Bakı Təşəbbüs Qrupunun (BTQ) icraçı direktoru Abbas Abbasov “Dekolonizasiya, beynəlxalq diplomatiya və müasir dünyada kommunikasiyanın rolu” mövzusunda dəyirmi masa müzakirələri və mətbuat konfransında deyib.

Onun sözlərinə görə, öz müqəddəratını təyinetmə hüququ başlıca məsələdir: "BTQ öz xalqının daha yaxşı və ləyaqətli gələcəyi üçün çalışanları dəstəkləyir".

“BTQ kanak xalqının müstəqilliyi uğrunda mübarizəsini dəstəkləməyə davam edəcək. Biz kanak xalqı ilə tam həmrəy olduğumuzu bildiririk. Onların elektoratın genişlənməsinə qarşı ədalətli mübarizəsini dəstəkləyirik. Həmçinin Fransa hakimiyyətinin təklif etdiyi düzəlişlərin ləğvini tələb edirik. Fransanı neokolonial siyasətini dayandırmağa və kanak xalqına taleyini təyin etmək azadlığını təmin etməyə çağırırıq”, - o bildirib.