Son Xəbərlər
ABŞ İranla əldə olunan razılaşma çərçivəsində Tehranın 24 milyard dollar
Ölkənin avtomobil yollarında sabaha olan vəziyyət açıqlanıb. Liderxeber.az
15 İyun – Milli Qurtuluş Gününə həsr olunmuş “Qurtuluş Kuboku – 2026”
Hindistanın Hərbi Hava Qüvvələrinə məxsus “An-2” hərbi-nəqliyyat təyyarəsi
Bu gün “Son zəng”in ilk dəfə çalındığı təhsil müəssisələrindən biri də Ağdam
Fövqəladə Hallar Nazirliyi tərəfindən aparılan kütləvi maarifləndirmə işlərinə
“Diplomatik mənbələr Rusiyanın iyunun 7-də Ermənistanda keçirilən parlament
ABŞ Prezidenti Donald Trampın İranla yaxın günlərdə saziş imzalaya biləcəyinə
Yəməndə təhlükəli dırmanış videoları ilə tanınan və sosial şəbəkələrdə
Bu gün Azərbaycanda “Son zəng” günüdür. Liderxeber.az xəbər verir ki, bu il

Almaniya kansleri “HƏMAS”a çağırış edib

08 iyn 2024, 21:11
Almaniya kansleri “HƏMAS”a çağırış edib

Almaniya kansleri Olaf Şolts Qəzza zolağında 4 girovun azad edilməsini ümid əlaməti adlandıraraq, Fələstinin radikal “HƏMAS” hərəkatının qaçırılanların hamısını azad etməli olduğunu deyib.

Liderxeber.az-ın məlumatına görə, bu barədə Almaniya Nazirlər Kabinetinin rəhbəri sosial şəbəkədə yazıb.

“Xüsusən də İsraildə öz yaxınları üçün hələ də qorxan bir çox ailələr üçün mühüm ümid əlaməti. Dörd girov indi azaddır. HƏMAS nəhayət bütün girovları azad etməli və müharibə bitməlidir”, - o yazıb.

Qeyd edək ki, İsrail hərbçiləri Qəzza zolağında xüsusi əməliyyat keçirib və nəticədə 2023-cü il oktyabrın 7-dən Fələstin radikallarının girovluğunda olan 4 israilli azad edilib. Əməliyyat anklavın mərkəzi hissəsindəki Nuseyrat fələstinli qaçqın düşərgəsi ərazisində həyata keçirilib.