Son Xəbərlər
ABŞ İranla əldə olunan razılaşma çərçivəsində Tehranın 24 milyard dollar
Ölkənin avtomobil yollarında sabaha olan vəziyyət açıqlanıb. Liderxeber.az
15 İyun – Milli Qurtuluş Gününə həsr olunmuş “Qurtuluş Kuboku – 2026”
Hindistanın Hərbi Hava Qüvvələrinə məxsus “An-2” hərbi-nəqliyyat təyyarəsi
Bu gün “Son zəng”in ilk dəfə çalındığı təhsil müəssisələrindən biri də Ağdam
Fövqəladə Hallar Nazirliyi tərəfindən aparılan kütləvi maarifləndirmə işlərinə
“Diplomatik mənbələr Rusiyanın iyunun 7-də Ermənistanda keçirilən parlament
ABŞ Prezidenti Donald Trampın İranla yaxın günlərdə saziş imzalaya biləcəyinə
Yəməndə təhlükəli dırmanış videoları ilə tanınan və sosial şəbəkələrdə
Bu gün Azərbaycanda “Son zəng” günüdür. Liderxeber.az xəbər verir ki, bu il

AEBA İrana qarşı qətnamə qəbul edərsə, Tehran cavab verəcək

04 iyn 2024, 13:31
AEBA İrana qarşı qətnamə qəbul edərsə, Tehran cavab verəcək

Atom Enerjisi üzrə Beynəlxalq Agentliyi (AEBA) İrana qarşı qətnamə qəbul edərsə, Tehran buna mütləq cavab verəcək.

Liderxeber.az xəbər verir ki, bu barədə İranın Atom Enerjisi Təşkilatının rəhbəri Məhəmməd Eslami Çaharmahal və Bəxtiyari vilayətinə səfəri zamanı jurnalistlərə açıqlamasında deyib.
“Tərəflər İranın nüvə proqramı üzrə Hərtərəfli Birgə Fəaliyyət Planı (JCPOA) üzrə öhdəliklərinə qayıtmasalar və hərəkətə keçməsələr, biz də öhdəlikləri azaldacağıq. Hazırda öhdəliklərin azaldılması mərhələsindəyik. Tərəflər Agentliyin Rəhbərlər Şurasında qətnamə çıxarsalar, mütləq cavab verəcəyik”, - o qeyd edib.

Qeyd edək ki, Böyük Britaniya, Almaniya və Fransa AEBA-nın Rəhbərlər Şurasına İranı agentliklə əməkdaşlığa və bəyan edilməmiş nüvə obyektlərində aşkar edilmiş uran izlərini izah etməyə çağıran qətnamə layihəsi təqdim ediblər.
 Qətnamədə AEBA müfəttişlərinin nümunələr götürməsinə icazə verilməsi tələb edilib, İranı ilə agentlik arasında 2023-cü il mart tarixli birgə bəyanatın şərtlərinə əməl etməyə çağırılıb.