Son Xəbərlər
Bakteriyalar, viruslar, parazitlər və toksik kimyəvi maddələrlə çirklənmiş
İngiltərə futbolu hazırda Premyer Liqanın gətirdiyi yüksək temp, fiziki güc və
Çin Sədri Si Cinpin Şimali Koreyaya dövlət səfəri edib. Liderxeber.az xəbər
İsrail İranın qərb və mərkəzi hissələrində hərbi hədəflərə hava zərbələri
İran Silahlı Qüvvələri İsrailə endirdiyi zərbələr zamanı “Xeybərşəkan” adlı
İranın xarici işlər naziri Seyid Abbas Əraqçi İsrailə endirilən raket
ABŞ Prezidenti Donald Tramp regional gərginliyin daha da böyüməməsi üçün
Suriya hava məkanında güclü partlayış səsləri eşidilib, İraq və İran isə hücum
İran 15 dəqiqə ərzində ikinci dəfə İsrail istiqamətində raket zərbələri
15 İyun – Milli Qurtuluş Gününə həsr olunmuş “Qurtuluş Kuboku – 2026”

Stoltenberq Ukraynaya hərbi yardımın gecikdirilməsindən narazıdır

03 apr 2024, 14:19
Stoltenberq Ukraynaya hərbi yardımın gecikdirilməsindən narazıdır

NATO Baş katibi Ukraynaya hərbi yardımın gecikdirilməsi ilə bağlı çağırış edib.

LiderXəbər xəbər verir ki, bu barədə NATO Baş katibi Yens Stoltenberq Brüsseldə Alyansın XİN rəhbərlərinin iclasından əvvəl mediaya açıqlamasında deyib.

O bildirib ki, Rusiya son günlər Ukraynaya qarşı yeni hücum dalğasını başladıb: "Ukraynanın mülki əhalisinə və infrastrukturuna zərbələr endirilir və həmçinin cəbhə xətti boyunca Rusiya təzyiqlər edir. Ona görə də biz Ukraynaya dəstəyimizdə qətiyyətli olaraq qalmalıyıq. Ukraynanın təcili ehtiyacları var və yardım təminatında istənilən gecikmənin döyüş meydanında Ukrayna üçün nəticələri olur. Ona görə də biz yardım dinamikasını dəyişməliyik. Biz Ukraynaya uzun müddətli yardımdan əmin olmalıyıq. Ona görə də biz könüllü yardımdan daha çox, NATO öhdəliklərinə etibar etməliyik. Qısamüddətli yardımdan daha çox uzunmüddətli yardıma fokuslanmalıyıq".

NATO Baş katibi əlavə edib ki, NATO müttəfiqlərinin xarici işlər nazirləri Ukraynaya çoxillik yardım mexanizminin yollarını müzakirə edəcəklər.