Son Xəbərlər
“Azərbaycanla Pakistan arasında geostrateji və siyasi əlaqələr yüksək
Fələstin Dövlətinin Baş naziri Məhəmməd Mustafa iyulun 16-da Fəxri xiyabana
“ASAN xidmət”in və “Kontakt”ın birgə təşkilatçılığı ilə Şuşa şəhərində
"Həddindən artıq isti içkilər və yeməklər təhlükəli ola bilər".
Venesuelada baş vermiş dəhşətli zəlzələ nəticəsində həyatını itirənlərin sayı
Şəmkir rayonunda 13 yaşlı oğlan qıcolmadan vəfat edib. Liderxeber.az-ın
ABŞ-nin Küveyt, Bəhreyn, İordaniyadakı bazaları və hərbi mərkəzləri PUA
Slovakiya Prezidenti Peter Pelleqrininin Azərbaycana rəsmi səfər proqramını
Azərbaycanın işğaldan azad edilmiş və otuz illik dağıntılardan sonra yenidən
Çiyələkdə infarkt riskini azaltmağa kömək edən maddələr mövcuddur.

ABŞ İrana qarşı növbəti hücumu başa çatdırdı - Yenilənib

16 iyl 2026, 08:40
ABŞ İrana qarşı növbəti hücumu başa çatdırdı - Yenilənib

ABŞ İranın cənubunda yerləşən Hənqam adasına zərbə endirib.

Liderxeber.az xəbər verir ki, bu barədə “Mehr” agentliyi məlumat yayıb.

Bildirilib ki, ABŞ-nin mərmiləri Hörmüz boğazı yaxınlığında yerləşən adadakı obyekti hədəf alıb.

Hadisə nəticəsində ölən, yaralanan və ya dağıntılarla bağlı hələlik rəsmi məlumat verilməyib.

Qeyd edək ki, son günlər ABŞ və İran arasında Hörmüz boğazı ətrafında gərginlik davam edir. Pakistanın vasitəçiliyi ilə əldə olunan razılaşmaya baxmayaraq, tərəflər qarşılıqlı hücumları davam etdirirlər.

****

ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığı (CENTCOM) İrana qarşı ikinci zərbələr dalğasına başladığını açıqlayıb.

CENTCOM-un yaydığı məlumata görə, zərbələr Hörmüz boğazından sərbəst keçən gəmilərə təhlükə yaratdığı iddia olunan İranın hərbi imkanlarına qarşı yönəlib.

***

ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) İrana qarşı həyata keçirdiyi ikinci hücum mərhələsinin başa çatdığını açıqlayıb.

CENTCOM-un açıqlamasında ABŞ qüvvələrinin İranın bir sıra hərbi obyektlərini hədəfə aldığı bildirilib.

Vurğulanıb ki, zərbələr İranın komandanlıq mərkəzlərinə, hava hücumundan müdafiə sistemlərinə, raket və pilotsuz uçuş aparatları imkanlarına, eləcə də, sahil müşahidə qurğularına endirilib.

Qeyd edilib ki, əməliyyatın məqsədi İranın Hörmüz boğazından keçən ticarət gəmilərinin heyətlərinə təhlükə yaratmaq imkanlarını zəiflətmək olub: “ABŞ qüvvələri Bəndər Abbas da daxil olmaqla, bir neçə ərazidə yerləşən hədəflərə dəqiq zərbələr endirib”.