Son Xəbərlər
Xəzər Universiteti Dünya Məktəbi MMC-nin İnsan Resursları Departamentinin
“Ukrayna Avropa İttifaqına (Aİ) gələcək üzvlüyü ilə əlaqədar konstitusiyaya
“İsrail hökumətinin qondarma “erməni soyqırımı” ilə bağlı qəbul etdiyi qərar
İyunun 30-da Qətərin paytaxtı Dohada ABŞ və İran arasında Hörmüz boğazı ilə
Bu gün Çin Sədri Si Cinpin Belarus Prezidenti Aleksandr Lukaşenko ilə
Bu gün dünya çempionatında 1/16 final mərhələsinə start veriləcək.
Bir neçə gün əvvəl Türkiyə telekanallarından birində Müge Anlının verilişində
Bakının Nərimanov rayonunda yol-nəqliyyat hadisəsi baş verib. Liderxeber.az
Hazırda paytaxda, eləcə də respublikanın bir sıra bölgələrində yağışlı hava
“Hərbi xidmət müddətinin aşağı salınması məsələsi ilk növbədə silahlı

Sabah Dohada görüşəcəklər

29 iyn 2026, 09:33
Sabah Dohada görüşəcəklər

İyunun 30-da Qətərin paytaxtı Dohada ABŞ və İran arasında Hörmüz boğazı ilə bağlı danışıqların keçirilməsi planlaşdırılır. 

Liderxeber.az xəbər verir ki, bu barədə “Axios” portalı adı açıqlanmayan amerikalı rəsmiyə istinadən məlumat yayıb. 

Portalın məlumatına görə, tərəflər həmçinin qarşılıqlı atəşi dayandırmaq barədə razılığa gəliblər.

Digər mənbələrin iddiasına görə isə görüş zamanı Vaşinqton və Tehranın daha əvvəl imzalanmış anlaşma memorandumunun bütün istiqamətləri üzrə texniki danışıqları davam etdirməsi gözlənilir.

Xatırladaq ki, ötən həftəsonu ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) Hörmüz boğazında İranın 10 hərbi obyektinə zərbələr endirildiyini açıqlayıb. Bildirilib ki, bu tədbir İranın 2 milyon bareldən çox neft daşıyan Panama bayraqlı “Kiku” tankerinə hücumuna cavab olaraq atılıb.