Son Xəbərlər
Sabah havanın 32 dərəcə isti olacağı gözlənilir. Liderxeber.az xəbər verir ki,
“Amerika Birləşmiş Ştatları ilə İran İslam Respublikası arasında Anlaşma
Sabah Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə buğda göndəriləcək.
M.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyası Bakı Dövlət Kamera
Azərbaycanın bəzi yerlərində yağıntılı hava şəraiti davam edir, bəzi yerlərdə
Türkiyəli müğənni Mahsun Kırmızıgül Bakıya gəlib. Liderxeber.az xəbər verir
Azərbaycan Prezidenti İlham Əliyevin sosial şəbəkə hesablarında Milli Qurtuluş
“ İranla s aziş imzalandı. Hamını təbrik edirəm!” Liderxeber.az xəbər verir
ABŞ İranla əldə olunan razılaşma çərçivəsində Tehranın 24 milyard dollar
Ölkənin avtomobil yollarında sabaha olan vəziyyət açıqlanıb. Liderxeber.az

Sançesin təyyarəsi Ankaranı tərk edib - Yenilənib

04 may 2026, 11:52
Sançesin təyyarəsi Ankaranı tərk edib - Yenilənib

İspaniyanın Baş naziri Pedro Sançesin Madriddən İrəvana uçan təyyarəsi Ankarada təcili eniş edib. 

Liderxeber.az xəbər verir ki, bu barədə yerli “La Razon” nəşri məlumat yayıb.

“Onu (Pedro Sançesi - red.) Avropa Siyasi Birliyinin sammitində iştirak etmək üçün Ermənistana aparan təyyarə marşrutu yarımçıq dayandırmaq və gözlənilmədən Ankarada eniş etmək məcburiyyətində qalıb”, - məlumatda deyilir.

Hadisəyə texniki problemin səbəb olduğu bildirilir. İspaniya nümayəndə heyətinin bu gün səhər saatlarında Ermənistana yola düşəcəyi gözlənilir.

***

“Habertürk”ün məlumatına görə, gecəni Türkiyə paytaxtında hotellərin birində keçirən Sançesin təyyarəsi bu gün səhər saatlarında Ankaranı tərk edib. 

Bildirilib ki, İspaniya Baş naziri və nümayəndə heyətinin də içərisində olduğu “Airbus A310” tipli təyyarə Esenboğa hava limanından İrəvana yola düşüb.