Son Xəbərlər
Sabah havanın 32 dərəcə isti olacağı gözlənilir. Liderxeber.az xəbər verir ki,
“Amerika Birləşmiş Ştatları ilə İran İslam Respublikası arasında Anlaşma
Bakıda yol infrastrukturunun yaxşılaşdırılması istiqamətində növbəti mərhələyə
Sabah Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə buğda göndəriləcək.
M.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyası Bakı Dövlət Kamera
Azərbaycanın bəzi yerlərində yağıntılı hava şəraiti davam edir, bəzi yerlərdə
Türkiyəli müğənni Mahsun Kırmızıgül Bakıya gəlib. Liderxeber.az xəbər verir
Azərbaycan Prezidenti İlham Əliyevin sosial şəbəkə hesablarında Milli Qurtuluş
“ İranla s aziş imzalandı. Hamını təbrik edirəm!” Liderxeber.az xəbər verir
ABŞ İranla əldə olunan razılaşma çərçivəsində Tehranın 24 milyard dollar

Avropanın iki dövləti birləşir? - Gözlənilməz bəyanat

30 apr 2026, 14:38
Avropanın iki dövləti  birləşir? - Gözlənilməz bəyanat

Rumıniya prezidenti Nikuşor Dan bildirib ki, əgər respublika vətəndaşları müvafiq istək nümayiş etdirərlərsə, Buxarest Kişinyovla birləşmə prosesinə başlamağa tam hazırdır.

Liderxeber.az xəbər verir ki, bu barədə "RİA Novosti" onun sözlərinə istinadən məlumat yayıb.

Prezidentin sözlərinə görə, 2018-ci ildə Rumıniya parlamentində keçirilən yekdil səsvermədən sonra ölkənin bu məsələyə dair rəsmi mövqeyində heç bir dəyişiklik baş verməyib.

"Həmin vaxt bəyan edilmişdi ki, Moldova Respublikasının vətəndaşları arzu etdiyi istənilən an Rumıniya bu addımı atmağa hazırdır", - deyə o qeyd edib.

Qeyd edək ki, bundan əvvəl Moldovanın keçmiş lideri İqor Dodon iddia etmişdi ki, hazırkı prezident Maya Sandu öz şəxsi hakimiyyətini qorumaq məqsədilə ölkəni Rumıniya ilə birləşdirməyə çalışır. Sandu öz növbəsində qeyd etmişdi ki, Moldovanın qonşu Rumıniyaya qatılması bu keçmiş sovet respublikasının Avropaya inteqrasiya prosesini əhəmiyyətli dərəcədə sürətləndirə bilər.