Son Xəbərlər
Portuqaliya millisi güclü fırtına səbəbindən dünya çempionatının qrup
İspaniyanın “Real Madrid” klubu İngiltərənin “Çelsi” komandasında çıxış edən
Sabah havanın 32 dərəcə isti olacağı gözlənilir. Liderxeber.az xəbər verir ki,
“Amerika Birləşmiş Ştatları ilə İran İslam Respublikası arasında Anlaşma
Bakıda yol infrastrukturunun yaxşılaşdırılması istiqamətində növbəti mərhələyə
Sabah Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə buğda göndəriləcək.
M.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyası Bakı Dövlət Kamera
Azərbaycanın bəzi yerlərində yağıntılı hava şəraiti davam edir, bəzi yerlərdə
Türkiyəli müğənni Mahsun Kırmızıgül Bakıya gəlib. Liderxeber.az xəbər verir
Azərbaycan Prezidenti İlham Əliyevin sosial şəbəkə hesablarında Milli Qurtuluş

"Toyota" satış rekordu qırdı

28 apr 2026, 09:43
"Toyota" satış rekordu qırdı

2025-ci maliyyə ilində "Toyota Motor Corporation" təxminən 10,48 milyon avtomobil sataraq yeni rekorda imza atıb.

Liderxeber.az avtomobil şirkətinin saytına istinadən xəbər verir ki, bu göstərici əvvəlki dövrlə müqayisədə 2% yüksəkdir.

Bununla belə, regiondakı gərgin vəziyyət səbəbindən Yaponiyadan Yaxın Şərq ölkələrinə ixrac 46,4% azalaraq 17,1 min ədədə düşüb.

Markanın xarici satış göstəriciləri 2,7% artaraq 9 milyon avtomobilə çatıb. Ən böyük artım ABŞ-də qeydə alınıb ki, burada göstəricilər 7,7% artaraq 2,52 milyon avtomobil təşkil edib. "Corolla" və "Camry" modellərinin populyarlığı bu uğura töhfə verib. Çində satışlar rəqabətin güclənməsi səbəbindən 1,4% azalaraq 1,76 milyon avtomobilə, Yaponiyada isə 2% azalaraq 1,47 milyon maşına düşüb.

"Toyota"nın hibrid və elektromobillər də daxil olmaqla alternativ enerji mənbələri ilə işləyən maşınlarının qlobal satışı 1,5% artaraq 4,8 milyon ədədə çatıb. Xaricdə bu növ maşınların istehsalı 3,2% artaraq 6,66 milyon ədəd təşkil edib. ABŞ-də istehsalat 11,4% artaraq 1,39 milyon ədədə yüksəlib.