Son Xəbərlər
Portuqaliya millisi güclü fırtına səbəbindən dünya çempionatının qrup
İspaniyanın “Real Madrid” klubu İngiltərənin “Çelsi” komandasında çıxış edən
Sabah havanın 32 dərəcə isti olacağı gözlənilir. Liderxeber.az xəbər verir ki,
“Amerika Birləşmiş Ştatları ilə İran İslam Respublikası arasında Anlaşma
Bakıda yol infrastrukturunun yaxşılaşdırılması istiqamətində növbəti mərhələyə
Sabah Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə buğda göndəriləcək.
M.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyası Bakı Dövlət Kamera
Azərbaycanın bəzi yerlərində yağıntılı hava şəraiti davam edir, bəzi yerlərdə
Türkiyəli müğənni Mahsun Kırmızıgül Bakıya gəlib. Liderxeber.az xəbər verir
Azərbaycan Prezidenti İlham Əliyevin sosial şəbəkə hesablarında Milli Qurtuluş

Bağırsaq keçməzliyi və qan dövranı pozğunluğu: Qarın ağrısının gizli təhlükələri

28 apr 2026, 10:07
Bağırsaq keçməzliyi və qan dövranı pozğunluğu: Qarın ağrısının gizli təhlükələri

Qarında yaranan ağrılar bəzən ciddi və həyati təhlükəli vəziyyətlərin xəbərçisi ola bilər.

Liderxeber.az xəbər verir ki, bu barədə ümumi praktika həkimi Kasim Axmed "Daily Mirror" nəşrinə verdiyi müsahibədə xəbərdarlıq edib. Mütəxəssis hansı ağrıların təcili tibbi müdaxilə tələb etdiyini açıqlayıb.

Həkimin sözlərinə görə, qəfildən başlayan və "içəridən dağıdıcı" təsir bağışlayan şiddətli qarın ağrılarına xüsusi diqqət yetirilməlidir. Bu əlamət böyük damarlarda qan dövranının pozulması ilə bağlı ola bilər.

Qarın nahiyəsində şişkinlik, nəcis ifrazının olmaması və qusma kimi simptomlar da həyəcan siqnalı hesab olunur. Mütəxəssis izah edib ki, bu vəziyyət bağırsaq keçməzliyinin göstəricisi ola bilər.

Kasim Axmedin qeyd etdiyi digər təhlükəli vəziyyət peritonitdir. Bu zaman ağrı o qədər şiddətli olur ki, xəstə düz dayanmaqda və ya rahat uzanmaqda çətinlik çəkir.

Bundan əlavə, nəcisdə qanın olması və dartılma hissi verən ağrılar da ciddi narahatlıq üçün əsasdır. Həkim bildirib ki, bu simptomlar bağırsaqda qan dövranının pozulmasından xəbər verə bilər.