Son Xəbərlər
Portuqaliya millisi güclü fırtına səbəbindən dünya çempionatının qrup
İspaniyanın “Real Madrid” klubu İngiltərənin “Çelsi” komandasında çıxış edən
Sabah havanın 32 dərəcə isti olacağı gözlənilir. Liderxeber.az xəbər verir ki,
“Amerika Birləşmiş Ştatları ilə İran İslam Respublikası arasında Anlaşma
Bakıda yol infrastrukturunun yaxşılaşdırılması istiqamətində növbəti mərhələyə
Sabah Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə buğda göndəriləcək.
M.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyası Bakı Dövlət Kamera
Azərbaycanın bəzi yerlərində yağıntılı hava şəraiti davam edir, bəzi yerlərdə
Türkiyəli müğənni Mahsun Kırmızıgül Bakıya gəlib. Liderxeber.az xəbər verir
Azərbaycan Prezidenti İlham Əliyevin sosial şəbəkə hesablarında Milli Qurtuluş

Trampdan sui-qəsd cəhdini törədənin ifadələrinə reaksiya

27 apr 2026, 09:26
Trampdan sui-qəsd cəhdini törədənin ifadələrinə reaksiya

"Mən təcavüzkar deyiləm, heç kimə qarşı zorakılıq etməmişəm".

Liderxeber.az xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp aprelin 26-da "CBS News" telekanalına verdiyi müsahibədə ona atəş açan cinayətkarın ittihamlarına münasibət bildirərkən deyib.

Müsahibəni aparan jurnalistə müraciət edən prezident onun xəstə bir insanın yazdığı cəfəngiyyatı oxumasından narazılığını ifadə edib.

"Bunu oxuduğunuz üçün utanmalısınız, çünki bu ifadələrin heç biri mənə aid deyil", - deyə o vurğulayıb.

Ağ Ev lideri telekanala açıqlamasında həmçinin təhlükəsizlik xidmətinin əməkdaşlarının çevikliyindən də danışıb. D.Tramp bildirib ki, onlar atışma öz vəzifələrini uğurla yerinə yetiriblər və hücum edəni qısa zamanda zərərsizləşdiriblər.

"Onlar çox yaxşı iş gördülər, həqiqətən əla çalışdılar. Onu kifayət qədər asanlıqla tutdular", - deyə o qeyd edib.

Bununla yanaşı, ABŞ lideri vəziyyəti şəxsən qiymətləndirmək üçün təxliyə prosesi zamanı mühafizəçilərin işini bir qədər yubatdığını etiraf edib:

"Mən möhtəşəm insanlarla əhatə olunmuşdum və yəqin ki, onları bir az ləngitdim. Mən onlara "Bir dəqiqə gözləyin, imkan verin baxım, bir dəqiqə gözləyin" deyirdim".